Siyasət
Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun 38-ci iclası keçirilib
28.08.2014 [23:06]
Avqustun 26-dan 28-dək Moskvada Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun 38-ci iclası keçirilib.
 
Mehriban Əliyeva – xeyirxahlıq və ümid mücəssəməsi
28.08.2014 [21:54]
“İnterfaks” beynəlxalq informasiya agentliyi avqustun 27-də öz internet səhifəsində (http://www.interfax.ru/world/393783) Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun “Mehriban Əliyeva – xeyirxahlıq və ümid mücəssəməsi” sərlövhəli məqaləsini dərc edib. AzərTAc məqaləni təqdim edir.
 
Çexiyanın nüfuzlu qəzetinin internet səhifəsində Azərbaycana həsr olunmuş silsilə məqalələr dərc edilib
28.08.2014 [21:44]
Avqustun 26-da Çex Respublikasının nüfuzlu “Hospodarjske novinı” qəzetinin internet səhifəsində Azərbaycana həsr olunmuş silsilə məqalələr dərc edilib. Azərbaycanın Çex Respublikasındakı səfirliyindən AzərTAc-a bildiriblər ki, məqalələrdə səfir Fərid Şəfiyevin ölkəmizin iqtisadiyyatı haqqında məlumatı, bu ölkənin
 
Prezident Rəcəb Tayyib Ərdoğanın dövlət başçısı kimi fəaliyyətə başlaması münasibətilə Çankaya Köşkündə rəsmi mərasim keçirilib
28.08.2014 [20:43]
Avqustun 28-də Prezident Rəcəb Tayyib Ərdoğanın dövlət başçısı kimi fəaliyyətə başlaması münasibətilə Çankaya Köşkündə rəsmi “Təhvil-təslim” mərasimi keçirilib.
 
Kaliforniya Ştatı Senatının Dağlıq Qarabağa dair qətnaməsi ABŞ-ın xarici siyasətini əks etdirmir
28.08.2014 [20:40]
Kaliforniya Ştatı Senatının Dağlıq Qarabağa dair qətnaməsi ABŞ-ın xarici siyasətini əks etdirmir. AzərTAc xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda belə deyilir. Məlumatda bildirilir ki, Birləşmiş Ştatların xarici siyasəti federal hökumət tərəfindən
 
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilk Avropa Oyunlarına hazırlıqla əlaqədar inşası davam etdirilən və yenidən qurulan idman obyektlərində görülən işlərlə tanış olub
28.08.2014 [20:10]
Avqustun 28-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ölkəmizdə keçiriləcək bu mötəbər tədbirə hazırlıqla əlaqədar inşası davam etdirilən və yenidən qurulan idman obyektlərində görülən işlərlə tanış olub
 
Bölgələrdə fəaliyyət göstərən QHT-lərin fəaliyyəti yüksək qiymətləndirilib
28.08.2014 [20:00]
ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanın rəhbərlik etdiyi nümayəndə heyəti Qəbələ rayonuna səfəri çərçivəsində Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinə baş çəkib. AzərTAc xəbər verir ki, görüşdə mərkəzin fəaliyyəti və mövcud şəraiti ilə tanışlıqdan sonra ikitərəfli müzakirələr aparılıb.
 
Böyük Britaniyanın Azərbaycandakı səfiri Qəbələyə səfər edib
28.08.2014 [19:06]
Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq tanışlıq məqsədilə avqustun 28-də Qəbələ rayonuna səfər edib. AzərTAc xəbər verir ki, rayon icra hakimiyyətində keçirilən görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin gündən-günə genişlənməsinin əhəmiyyətindən söz açılıb. Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev qonağa...
 
Azərbaycanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Rumıniyanın iqtisadiyyat naziri ilə görüşüb VİDEO
28.08.2014 [18:28]
Avqustun 28-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniyanın iqtisadiyyat naziri Konstantin Nitsa ilə görüşüb. Görüş zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın perspektivləri barədə fikir
 
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində and içib
28.08.2014 [16:39]
Türkiyənin 12-ci dövlət başçısı Rəcəb Tayyib Ərdoğana “Prezident vəsiqəsi” təqdim olunub. Türkiyənin Ali Seçki Komissiyası tərəfindən hazırlanmış sənəd Türkiyə Böyük Millət Məclisində (TBMM) Rəcəb Tayyib Ərdoğana parlamentin sədri Cəmil Çiçək tərəfindən təqdim olunub
 
“Təqsirkarlardan təzminatların tələb edilməsi özü də bir iqtisadi sanksiyadır” mövzusunda “dəyirmi masa” keçirilib
28.08.2014 [16:12]
Avqustun 28-də Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan Respublikasının məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupunun təşəbbüsü və təşkilatçılığı ilə “Təqsirkarlardan təzminatların tələb edilməsi özü də bir iqtisadi sanksiyadır” mövzusunda “dəyirmi masa” keçirilib
 
Kaliforniya Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi sənəd əhəmiyyətsiz kağız parçasından başqa bir şey deyil
28.08.2014 [15:03]
ABŞ-ın Kaliforniya ştatı Senatının Dağlıq Qarabağa dair qəbul etdiyi qərəzli qətnamə əhəmiyyətsiz kağız parçasından başqa bir şey deyil. Çünki erməni mətbuatının təqdim etməyə çalışdığı kimi, bu sənəddə Dağlıq Qarabağ hansısa respublika kimi tanınmır və Senatın belə bir tanıma hüququ da yoxdur
 
ATƏT-in nümayəndələri qoşunların təmas xəttində monitorinq keçirəcəklər
28.08.2014 [15:00]
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 29-da Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, monitorinqi Azərbaycan
 
Azərbaycanın Baş naziri Türkiyə Prezidentinin andiçmə mərasimində iştirak edəcək
28.08.2014 [12:16]
Avqustun 28-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Türkiyə Respublikasının yeni seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya yola düşüb
 
Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar Ankarada müalicə olunan əsgərlərimizi ziyarət ediblər
28.08.2014 [12:02]
Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar - YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Ankarada müalicə olunan
 
© Copyright AzerTAc© All Rights Reserved.