AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

19.04.2016 [18:27]

Masallı, 19 aprel, Bağır Əliyev, AZƏRTAC

Masallı Olimpiya Kompleksində ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş mini futbol turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının, Masallı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə 9 komanda mübarizəyə qoşulub.
Yarışın açılış mərasimində çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən danışıb, idmançılara qələbə sevincləri arzulayıb.
Bir həftə davam edəcək turnirin qaliblərinə diplomlar və qiymətli hədiyyələr veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az