DÜNYA
ABŞ-ın müdafiə naziri Yaponiya Baş nazirinin Pörl Harboru ziyarət etmək planını alqışlayıb
Tokio, 7 dekabr, AZƏRTAC
ABŞ-ın müdafiə naziri Eşton Karter Yaponiyanın Baş naziri Şinzo Abenin bu ayın sonlarında Havay adalarındakı Pörl Harbor limanını ziyarət etmək planını alqışladığını bildirib.
Dekabrın 6-da E.Karterlə Tokioda görüşən Ş.Abe 75 il əvvəl yaponların hücumu nəticəsində Pörl Harborda həlak olanların xatirəsini anmaq üçün həmin yeri ziyarət etmək niyyətini açıqlayıb.
Baş nazir deyib ki, səfər zamanı o, ABŞ Prezidenti Barak Obama ilə yüksək səviyyəli danışıqlar aparacaq və “Arizona” xatirə linkorunu ziyarət edəcək.
Ş.Abe, həmçinin bildirib ki, o, bu hücum nəticəsində həlak olanların xatirəsini anmaq və bir daha müharibənin baş verməməsi üçün qətiyyətini nümayiş etdirmək niyyətindədir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]