Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsrailli ekspert: Serj Sarkisyan və onun hakim klanı faşist Dro və Njdenin varisləridir

Bakı, 8 noyabr, AZƏRTAC

Azərbaycan bu gün tərəqqinin və İslam dünyasının inkişafının mayakı, sivilizasiyalararası və dinlərarası dialoqun əsl nümunəsi, eləcə də multikulturalizm və tolerantlığın real örnəyidir.

Bu fikirləri Yerusəlimdə, KIVUNIM təşkilatı çərçivəsində İsraildə təhsil alan Amerika yəhudi icmasının gənc liderləri qarşısında çıxışı zamanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut səsləndirib.

Arye Qutun “Azərbaycan Cənubi Qafqazın geosiyasətində” mövzusunda ikisaatlıq geniş məruzəsinin dinləyiciləri ABŞ-ın Miçiqan, Harvard, Vaşinqton, İllinoys, Kolumbiya, Kaliforniya və Merilend ştatlarının universitetlərini təmsil edən 50 tələbə olub.

İsrailli ekspert Azərbaycan haqqında real və əsl həqiqəti demək imkanına görə KIVUNIM təşkilatının rəhbəri Cey Libermana minnətdarlığını bildirib.

Mühazirə zamanı müasir mərhələdə Azərbaycanın xarici siyasət strategiyasından, Cənubi Qafqazın lideri kimi rolundan və yerindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyətdən, İsrail-Azərbaycan münasibətlərinin perspektivlərindən söz açılıb.

A.Qut, həmçinin amerikalı tələbələr qarşısında “Azərbaycan - dünya üçün multikulturalizmin və tolerantlığın əsl modeli” mövzusunda sənədli təqdimat keçirib. İsrailli ekspert qeyd edib ki, 2014-cü ildə Azərbaycan rəhbərliyi dini və etnik tolerantlığa zəmanət verən, dövlətin bu sahədə rolunu gücləndirən iki təsisat yaradıb. A.Qut deyib: “İlk olaraq Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti təsis edilib. Daha sonra əsas fəaliyyəti mədəniyyətlərarası dialoqun və humanitar məsələlərin təşviqi olan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil etsə də, Azərbaycan həm də müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin vətənidir. Milli azlıqlara dözümlülük və hörmət qədim zamanlardan, Böyük İpək Yolu çağlarından bu günədək ölkənin inkişafının təməli olub”.

İsrail ekspertinin sözlərinə görə, qədim Azərbaycan torpağında iudaizm, islam, atəşpərəstlik və xristianlıq dinlərinə sitayiş edən insanlar yaşayıblar. “Bu torpaq indi də tolerantlıq və dini dözümlülüyə inanılmaz dərəcədə can atdığını nümayiş etdirir. Ölkənin yəhudi icmasının nümayəndələrinə səmimi və qardaş münasibət Azərbaycan tolerantlığının parlaq nümunəsidir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycanda antisemitizm əzəldən olmayıb və yəhudilər burada özlərini yad hiss etməyiblər”, - Arye Qut vurğulayıb.

1992-ci ildə Azərbaycanın Xocalı şəhərində kütləvi soyqırımı ilə bağlı sənədli təqdimat zamanı isə Arye Qut deyib: “Mən, İsrail vətəndaşı, yəhudi xalqının nümayəndəsi, ailəsi Ukraynada nasistlər tərəfindən məhv edilən Sovet Ordusu zabitinin nəvəsi kimi 1992-ci ilin fevralında Xocalıda soyqırımına məruz qalmış Azərbaycan xalqının ağrısını başa düşür və dərdinə şərik oluram. Ermənistan silahlı terror qruplaşmalarının vəhşilikləri nəticəsində Xocalıda 613 nəfər öldürülüb, 487 nəfər xəsarət alıb, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir alınaraq inanılmaz işgəncə, təhqir və həqarətə məruz qalıb. Bu kütləvi qırğın bütün bəşəriyyətə qarşı cinayətdir. Xocalı şəhərinin mülki əhalisinin qəsdən kütləvi şəkildə məhv edilməsinin yeganə səbəbi bu insanların azərbaycanlı olması idi”.

Azərbaycanın Xocalı şəhərindəki dəhşətli və qanlı qırğınlar haqqında təqdimat amerikalı tələbələri - yəhudi icmasının gənc liderlərini sarsıdıb.

Sənədli təqdimatı çərçivəsində Arye Qut vurğulayıb ki, İkinci Dünya müharibəsi zamanı Vermaxtın heyətində 20 minlik erməni legionunun vəhşiliyini tarix heç vaxt unutmayıb. Bu barədə danışan israilli ekspert deyib: “Minlərlə yəhudinin məhv edilməsində şəxsən iştirak etmiş millətçi sərkərdə Dronun rəhbərlik etdiyi erməni legionunun məqsədi basqınlar törətmək, yəhudilərin, faşistlərə xoş gəlməyən digər millətlərin nümayəndələrini məhv etmək idi. Eyni zamanda, erməni legionu həbs düşərgələrində ölüm yürüşləri təşkil etmişdi. “Azad Ermənistan” uğrunda məhz bu “mübariz”, antisemit və faşist Dro bu gün Ermənistan rəhbərliyinə öz ekspansionist planlarına bəraət qazandırmaq və gənc nəsli digər millətlərə qarşı nifrət ruhunda tərbiyələndirmək üçün lazımdır.

Müasir Ermənistanda Dro və Njdeyə pərəstiş təbliğ edilir. Onların şərəfinə xatirə sikkələri zərb etdirir, bədii və sənədli filmlər çəkirlər. Ermənistan paytaxtında isə bir meydana Qaregin Njdenin adı verilib. A.Qut vurğulayıb: “Bu pərəstiş hansısa marginal siyasi qruplar tərəfindən həyata keçirilmir, bu fəaliyyətin arxasında dövlət dayanır. Bu yaxınlarda Moskvada keçirilən beynəlxalq konfransda iştirak etmişəm və tədbir iştirakçılarına bu haqda danışmışam. Əyani surətdə əmin oldum ki, dünya bu mətləblərdən xəbərsizdir. Zənnimcə, Ermənistanın indiki prezidenti Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyanın simasında məhz erməni generalları Dro və Njdenin varisləri XX əsrin sonunda Azərbaycanın Xocalı şəhərində kütləvi qırğın törədiblər. Serj Sarkisyanın bu cümləsini xatırlamaq kifayətdir: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, biz mülki əhaliyə əl qaldırmayacağıq, biz bu stereotipi sındıra bildik”. Bu, real şəkildə sübut edir ki, Serj Sarkisyan və onun Ermənistanda hakimiyyətdə olan bütün klanı Dro və Njdenin əsl və layiqli varisləridir”.

Arye Qut amerikalı tələbələrin diqqətinə çatdırıb ki, Ermənistanın hələ də davam edən təcavüzünə və münaqişəyə baxmayaraq, Azərbaycanda heç vaxt antisemitizm olmayıb və əslən bu ölkədən olan bir çoxları bu tolerantlıq amili ilə fəxr edirlər.

İsrailli ekspert çıxışını belə yekunlaşdırıb: “Azərbaycan rəhbərliyi ölkədəki yəhudi icmasının həyat tərzi və ənənələrinə qayğıkeş və səmimi münasibət bəsləyir. Qədim Qırmızı Qəsəbə dağ yəhudilərinin İsrail hüdudlarından kənarda kompakt yaşadığı yeganə və unikal məkan, Azərbaycanın əsl iftixarıdır. Qırmızı Qəsəbə Azərbaycanda dini icma təmsilçilərinin - müsəlmanlar və yəhudilərin sıx əməkdaşlığı və tərəfdaşlığının nəticəsidir. Bu gün müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasına və bir-birinə hörmət etməsinə real və əsl nümunə var”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ceyhun Bayramov çexiyalı həmkarını postmünaqişə dövründə bölgədə mövcud vəziyyət barədə məlumatlandırıb

Azərbaycan–Pakistan münasibətləri regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirilir

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşüb

Emin Ağalarov: “Sea Breeze” beynəlxalq investisiya və turizm ekosistemi kimi inkişaf edir

İranlı analitik: Azərbaycan regional əməkdaşlığın mühüm mərkəzi kimi mövqeyini möhkəmləndirib – MÜSAHİBƏ

Bakıda Çövkən üzrə Dünya Çempionatı təşkil olunacaq

Gələcəyin musiqisi: Süni intellekt insanı əvəz edəcəkmi?

Prezident İlham Əliyevin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib

Akademik: 28 May Azərbaycan xalqının milli yaddaşında və dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıyır

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi

Tailandda Azərbaycanın Müstəqilliyi Günü qeyd olunub

Qəbələdə 28 May - Müstəqillik Gününə həsr edilən intellektual oyunun qalibləri mükafatlandırılıb

Sahil Babayev: Dövlət maliyyəsinin idarə olunmasında innovativ mexanizmlər tətbiq edilir

Oğuzda qanunsuz ağac kəsən şəxs saxlanılıb VİDEO

Oğuzda qanunsuz ağac kəsən şəxs saxlanılıb VİDEO

ÜTT: Dünyanın 10 ölkəsi qlobal kənd təsərrüfatı ixracının təxminən yarısını təşkil edir

Sahil Babayev: Rəqəmsal maliyyə idarəçiliyi şəffaflıq və operativliyi artırır

Nazir: 2030-cu il üçün hədəfimiz neftdən asılılığı minimuma endirməkdir

Fərid Qayıbov Xüsusi Olimpiya Avropa-Avrasiya Regional Ofisinin rəsmisi ilə inklüziv idmanın inkişafını nəzərdən keçirib

Zəngilanın dağlıq ərazisində köməksiz vəziyyətdə aşkarlanan cüyür balası BMQX-nin əməkdaşına təhvil verilib YENİLƏNİB VİDEO

Zəngilanın dağlıq ərazisində köməksiz vəziyyətdə aşkarlanan cüyür balası BMQX-nin əməkdaşına təhvil verilib YENİLƏNİB VİDEO

Sahil Babayev: Azərbaycan borclanma siyasətinə görə dünyada ən yaxşı göstəricilərə malik ölkələrdən biridir

Nazir: Qeyri-neft gəlirləri artır, iqtisadi dayanıqlılıq möhkəmlənir

Maliyyə naziri: Büdcə proqnozlarının icrası uğurla davam edir

Sahil Babayev: Bu gün Azərbaycanın makroiqtisadi və makrofiskal sabitliyi tam qorunur

Laçında dövlətçilik ənənələrini yaşadan tədbir: Müstəqillik ruhu gələcək nəsillərə ötürülür

Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub

Ərdoğan: Türkiyə qarşıya qoyulan hədəflərə doğru qətiyyətli addımlarını davam etdirir

Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb

"Turan Tovuz"un futbolçusu dünya çempionatında iştirak edəcək

Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin müşahidə şuralarında (himayəçilik və ya direktorlar şuralarında) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin təmsilçiliyi ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bu saata olan əsas xəbərlər

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Qu Donqyudan

Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovadan

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən

Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçdən

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçdən

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər

Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində

Mixail Qusman: Bu gün AZƏRTAC Azərbaycanın mövqeyini, ölkəmizin səsini beynəlxalq ictimaiyyətə çatdırır VİDEO

Mixail Qusman: Bu gün AZƏRTAC Azərbaycanın mövqeyini, ölkəmizin səsini beynəlxalq ictimaiyyətə çatdırır VİDEO

Riqada Müstəqillik Günü münasibətilə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışı və rəsmi qəbul keçirilib

® “Rabitəbank” Qurban bayramında Qarabağda yaşayan şəhid və qazi ailələrini ziyarət edib

“Dream Fest”də musiqi premyeraları və “Sea Breeze”ə beynəlxalq marağın artacağı gözlənilir VİDEO

“Dream Fest”də musiqi premyeraları və “Sea Breeze”ə beynəlxalq marağın artacağı gözlənilir VİDEO

® “Azercell Könüllüləri” Qurban bayramı münasibətilə xeyriyyə təşəbbüsü həyata keçiriblər

Nazir Məcnun Məmmədov Neftçalada “Xıllı balıq" MMC-nin fəaliyyəti ilə tanış olub

Bayram günlərində təcili və təxirəsalınmaz tibbi yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Türkiyənin bir sıra vilayətlərində güclü leysan yağışları daşqın və selə səbəb olub

QHT sədri: “Bakı Fəaliyyətə Çağırış” Azərbaycanın qlobal urbanizasiya rolunu təsdiqlədi

“Sabah” qapıçısı ilə yeni müqavilə imzalayıb

İsveçrə Konfederasiyasının Prezidenti Gi Parmelindən

Müdafiə naziri: Azərbaycan dövləti regionda sülhün və sabitliyin qorunmasının əsas təminatçısına çevrilib

Qeyri-neft sektorunun inkişafı və kənd təsərrüfatının prioritetləri - ŞƏRH

Almaniyanın strateji məhsullar üzrə Çindən asılılığı daha da artır

Baş nazir Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri arasında telefon danışığı olub

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

İyul–avqust aylarında “MDU EcoTech - Camp 2026” layihəsi reallaşacaq

Prezidentin Mətbuat Xidmətinin məlumatı

® “Avrora Qrup” Qurban bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

FHN-in strukturlarında 28 May – Müstəqillik Günü qeyd edilib

“AccessBank” qeyri-iş günündə müştərilərinə xidmət göstərəcək

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyəcək

Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanılıb VİDEO

Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanılıb VİDEO

WUF13 Azərbaycanın şəhərsalma mədəniyyətini və beynəlxalq nüfuzunu dünyaya təqdim etdi ŞƏRH

Tekstil liflərinin sınaqlarına dair yeni dövlət standartları qəbul edilib

Azərbaycanda intensiv yağıntılar sürüşmə riskini artırıb

Aqrar Xidmətlər Agentliyinin sədri Balakəndə müraciətləri dinləyib, təsərrüfatlara baş çəkib

Əsrin çağırışlarını qabaqlayan Lider: Azərbaycan qlobal gündəliyi formalaşdırır VİDEO

Əsrin çağırışlarını qabaqlayan Lider: Azərbaycan qlobal gündəliyi formalaşdırır VİDEO

İğdır Universitetinin rektoruna AMEA Rəyasət Heyətinin Fəxri professoru diplomu təqdim edilib

Qarabağ Universitetində tələbə və gənclərin Beynəlxalq BMT Modeli Konfransı yekunlaşıb

İspaniyanın Kralı VI Felipedən

“QDF-in dostları” platforması çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının investisiya potensialı təqdim edilib

“Caspian Energy” jurnalının Maldiv Respublikasına həsr olunan xüsusi buraxılışı işıq üzü görüb

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edirik

Bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək

Beynəlxalq Barbekü Festivalı yenidən Şamaxıda!

ABŞ Dövlət katibi: TRIPP regionda sülhün təşviqi istiqamətində atılan addımdır

Qurban bayramı ilə əlaqədar heyvan satışı və kəsimi yerlərində profilaktiki tədbirlər görülüb

Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

“İpək Yolları Gənclərin Gözü ilə” beynəlxalq foto müsabiqəsinə başlanılıb

Bakıda keçirilən WUF13 qlobal şəhərsalma gündəmində mühüm hadisəyə çevrildi ŞƏRH

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün Sədrinin yekun çıxışı

Fransa Respublikasının Prezidenti Emmanuel Makrondan

Dövlət mükafatçısı: Çəkilən zəhmət öz bəhrəsini verdi

Paytaxtın üç rayonunda su hövzələrində təhlükəsizliyin təmin edilməsi məsələləri nəzərdən keçirilib

İyunda havanın orta aylıq temperaturu bəzi ərazilərdə normadan yüksək olacaq

Abşeron rayonunun Məmmədli kəndindəki heyvan bazarı fəaliyyətə başlayıb

Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün növbəti peşə tanınması üzrə imtahanın tarixi açıqlanıb

İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantodan

Siyasi şərhçi: WUF13 Bakıda qlobal presedent yaratdı

İndoneziya Respublikasının vitse-prezidenti Gibran Rakabuminq Rakadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

“Yüksəliş” müsabiqəsi qaliblərinin peşəkar və idarəetmə bacarıqlarının inkişaf istiqamətləri nəzərdən keçirilib

Azərbaycan Respublikasında 2026-cı ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 15 oktyabr və 2026-cı il 27 aprel tarixli iclas protokollarının təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

İsveçin hakimiyyət orqanları enerji içkilərinin gənclərin sağlamlığı üçün təhlükəli olduğu barədə xəbərdarlıq edib

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan

Çinin şirkətləri Azərbaycanda tekstil istehsalına maraq göstərirlər

Kənd təsərrüfatı nazirinin müavini Daşkəsəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib