Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

100 il tənhalıq, yaxud ukraynalı alim necə cəncələ düşdü

100 il tənhalıq, yaxud ukraynalı alim necə cəncələ düşdü

Kiyev, 25 may, AZƏRTAC

Ukrayna, ingilis və rus dillərində çıxan “Den” Ümumukrayna qəzetində tarix elmləri doktoru, professor Stanislav Kulçinskinin “Xalqın ölüm hökmü” (“Den” № 72-73, 24-25. 04.2015) sərlövhəli qalmaqallı məqaləsi dərc olunub. Məqalədə söhbət qondarma “erməni soyqırımı”ndan gedir.

Məqalə müəllifinin ümumi və yayğın ifadələri, provokasiya məqsədi daşıyan fikirləri və o dövrün faktlarının və tarixi hadisələrinin açıq-aşkar təhrif edilməsi Azərbaycanın Ukraynadakı səfirliyini və həmvətənlərimizi biganə qoya bilməzdi. Diplomatik missiyamızın “Den” qəzetinə ünvanlanmış məktubunda bu mövzuya alternativ nöqteyi–nəzər təklif olunub. Azərbaycanlı tarixçi Şəlalə Həsənova “100 il tənhalıq” sərlövhəli məqaləsində bu nöqteyi–nəzəri müdafiə edib.

Öz səhifələrində müxtəlif nöqteyi-nəzərlər təqdim etməyi rəhbər tutan “Den” qəzeti kimin arqumentlərinin daha inandırıcı olmasını oxucuların mühakiməsinə verib.

Məqalə müəllifi yazır ki, dünya erməniləri aprelin sonunda “soyqırımının” 100 illiyini qeyd edirlər. Sonra sabah, daha sonra birigün olacaq, aylar keçəcək, illər ötəcək, qondarma “soyqırımının” növbəti yarımyubileylərinin tarixləri yaxınlaşacaq, “lehinə” və “əleyhinə” uğrunda amansız mübarizə aparanlar başa düşəcəklər ki, əslində, heç nə dəyişməyib. Hətta Avropa İttifaqının 1915-ci ilin hadisələrinə şəxsi interpretasiyaları prizmasından üstünlük verməsindən, Vatikan və Avstriyanın “ermənilərin soyqırımını” tanımasından sonra türk dünyası, eləcə də bir sıra Qərb siyasətçiləri və alimləri, haqlı olaraq əmin olub ki, 1915-ci ildə Osmanlı İmperiyasında faciəli hadisələr apriori olaraq P.Lemkenin tərifinə uyğun gəlmir.

Bu mövzu ətrafında səs-küy və qalmaqal əsla həqiqəti ortaya çıxaran mübahisə ola bilməz, çünki burada həmin o həqiqətin axtarışı deyil, siyasi maraqlar mühüm rol oynayır. Bu paradiqmaya Avropa Parlamentinin qurbanların xatirə gününün elan edilməsi barədə qətnamə qəbul etməsi də, “ermənilərin soyqırımını” tanımağa tələsməyən və faktları müəyyən etməyə çağıran BMT-nin siyasi baxımdan nəzakətli davranışı da uyğun gəlir. Başqa sözlə desək, “ermənilərin soyqırımının” qeydinə qalanlar heç də “günahsız qurbanların” halına yanmağı əsas götürmürlər. Onları Türkiyəni ləkələmək, bu ölkənin beynəlxalq birlik tərəfindən müsbət qəbul edilməsinə mane olmaq istəyi hərəkətə gətirir. BMT qarşısına belə məqsəd qoymur. Buna görə də əlahəzrət fakta hörmət və ehtiram nümayiş etdirir. Necə deyərlər, “kor-kor, gör-gör”.

Amma hər halda Osmanlı İmperiyasında ermənilərin soyqırımı olubmu? Azərbaycanlı tarixçi qeyd edir ki, bir-birinə əks olan cavabların müxtəlifliyinə görə bu aktual məsələ uzun müddət ritorik suallar sırasında qala bilər. Ronald Reyqanın prezidentliyi dövründə Ağ Evin tədqiqat materiallarını əsas götürsək, onda bir xalqın tam məhv edilməsi məqsədi ilə etnik təmizləmə deyilən məsələ olmayıb. Bu faktı bir çox Qərb ekspertləri ilə bərabər, R.Reyqanın hüquq məsələləri üzrə müşaviri Brüs Feyn durmadan təsdiq edir. Ş.Həsənova xatırladır: B.Feyn iddia edir ki, ermənilər iki milyon Osmanlı türkünü qırıblar, həmin dövrdə ermənilərin özlərinin itkiləri təqribən 500 min nəfər olub.

Analitik məqalədə daha sonra deyilir ki, Asiya və Afrika Ölkələri İnstitutunun prezidenti, Osmanlı tarixi üzrə görkəmli mütəxəssis Mixail Meyer də ötən il KİV-lərdə öz nöqteyi-nəzərini israrla belə şərh edib: “Erməni tərəfi bu rəqəmləri şişirdir. Mənim hesablamalarıma görə, 1915-ci il hadisələri zamanı Osmanlı İmperiyasının erməni əhalisinin üçdə bir hissəsi tələf olub. Ermənilərin odlu və soyuq silahla vəhşicəsinə qətlə yetirildiyini demək doğru deyil, çünki onların çoxu köçürülmə zamanı həlak olub. Bunun “soyqırımı” adlandırmağın nə dərəcədə doğru olduğunu deyə bilmərəm. Amma təkzibolunmaz fakt bundan ibarətdir ki, Birinci Dünya müharibəsi illərində dinc türk əhalisi arasında itkilər son dərəcə çox olub”. Azərbaycanlı tarixçi daha sonra Qərb alimlərinə müraciət etməyi təklif edib. Tennessi Texniki Universitetinin siyasi elmlər professoru Mixael Günter Luiza Nalbandyan, Ceyms Mandalyan və Armen Qaro kimi erməni yazıçılarının adlarını çəkir. Bu ədiblər yazırlar ki, 1915-ci ildə kütləvi qətllər ərəfəsində ermənilər türklərə qarşı açıq şəkildə vuruşublar. Bununla Uilyam Leyncer, Arnold Toynbi, Uolter Laker kimi tanınmış Qərb alimləri də razılaşırlar.

Ş.Həsənova vurğulayır ki, “soyqırımının” tanınmasının əleyhdarları üçün əsas dəyər tarixi mənbələrdən və şahid ifadələrindən qaynaqlanan FAKTDIR. Soyqırımı ideyası tərəfdarları isə əsas dəyərlər sırasında birinciliyi TƏBLIĞAT məhsuluna verirlər. Qondarma faciənin tanınması əleyhdarları üçün Osmanlı İmperiyasında çoxsaylı müsəlman əhalisinin ermənilərin qurbanı olmasının tanınmasını nəzərdə tutan humanitar dəyərlər əhəmiyyət daşıyır. Erməniliyə gəldikdə isə üstünlük ksenofobiyaya verilir. Bərabərhüquqlu dialoqun olmaması da problem yaradır, çünki bu ancaq tərəflər bir-birini EŞİTMƏK istəyəndə mümkün olur. Özü də dialoq özünüifadə və öz iradəsini bildirmə zamanı bərabər hüquqlar nəzərdə tutur. Amma insan hüquqları hay-küyü altında öz siyasi maraqlarını yeridən qüvvələr, məgər, türk dünyasının nöqteyi-nəzərinin dünya birliyinə çatmasına imkan verirmi?

Şəlalə Həsənova fikrini belə ümumiləşdirir: “Rəy və arqumentlərin xülasəsi belə bir qənaətə gətirib çıxarır ki, Qərb siyasi texnoloqlarının uydurduqları soyqırımı əslində bütün erməniləri birləşdirən ideya deyil, bütün erməniləri qovub bir yerə toplayan, nifrət doğuran, üfunət qoxuyan hay-küydür”.

Lakin azərbaycanlı alimin faktları və arqumentləri S.Kulçinskini “inandıra bilməyib”. O, “Den” qəzetində “Hər halda soyqırımı olub” sərlövhəli şərhində yazıb ki, Şəlalə Həsənova soyqırımına qarşı “ən təsirli arqument” gətirib: bu gün Türkiyədə 100 mindən çox erməni firavan yaşayır. Mən məqaləmdə Osmanlı İmperiyasında ermənilərin köçürülməsi barədə məlumat vermişəm: ümumi məlumat – 1877-1878-ci illərdə Rusiya-Türkiyə müharibəsi zamanı 3 milyona qədər adam. Dörd onillikdən sonra onların sayı təbii artım hesabına əhəmiyyətli dərəcədə artmalı idi, lakin 1918-ci ildə ölkədə çoxu 150 min erməni qalmışdı, özü də əzəli torpaqlarında deyil, Konstantinopolda və Körfəzlərdən qərbdə olan ucqarlarda. İri dövlətlərin reaksiyasından ehtiyat edən “Gənc türklər” həmin ərazidəki erməniləri tam məhv etməkdən çəkinmişdilər. “Tarixçi” qeyd edir ki, müasir siyahıyaalmalar əsasən İstanbul aqqlomerasiyasında (14 milyon adam) məskunlaşan 65 min erməni qeydiyyata alıb. Böyük Ermənistan (Ərzurum, Van, Bitlis, Diyarbəkir, Şarput), kiçik Ermənistan (Trabzon və Sivas) və Kilikiyada ermənilərdən əsər-əlamət yoxdur. Soyqırımını tanımaq üçün hansı arqument daha sanballı ola bilər?

Yalançı alim həcvinin sonunda yazır: “Sonda bir neçə kəlmə Azərbaycan siyasətçilərinin və alimlərinin erməni soyqırımına reaksiyası barəsində. Ermənistan və Azərbaycan arasında Qarabağın mənsubiyyəti barədə mübahisəli məsələsi var. Bu məsələdə bu və ya digər tərəfdə durmaq olar. Amma aydın məsələdir ki, bu, 1915-ci il Osmanlı İmperiyası hadisələri ilə əsla bağlı deyil. Ermənilərin soyqırımının aqressiv və əsassız şəkildə təkzib edilməsi yalnız bunu göstərir ki, azərbaycanlı alimlər və siyasətçilər bununla özlərinə xal qazanırlar”.

Qondarma ukraynalı alimin azərbaycanlı alimlərə və siyasətçilərə ünvanlanan böhtanlarına və hücumlarına ancaq belə cavab vermək olar: “Hirsli başda ağıl olmaz”

Məlum olduğu kimi, bu hikmətli kəlam mübahisə zamanı özündən çıxan, özünü haqlı göstərmək üçün emosiyalarından başqa silahı olmayan kəslərə ünvanlanır.

Ukrayna Prezidentinin bu günlərdə imzaladığı qanuna görə, keçmişin bütün simvollarına qadağa qoyulur, nasizm və kommunizm bərabərləşdirilir. Qanunun pozulması 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Təəssüf ki, tarixin saxtalaşdırılmasına görə qanun hələlik qəbul edilməyib.

Məqalənin tam mətnini http://www.day.kiev.ua/ru/article/ukraina-incognita/100-let-odinochestva linkindən oxuya bilərsiniz.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb