REGİONLAR


100 yaşlı ağbirçəyə şəxsiyyət vəsiqəsi təqdim olunub

A+ A

Cəlilabad, 16 iyul, Bağır Əliyev, AZƏRTAC

İyulun 16-da Cəlilabad sakini, 100 yaşlı İbadət Quliyevaya şəxsiyyət vəsiqəsi təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Cəlilabad şəhərinin Səttərxan küçəsində, ağbirçəyin yaşadığı evdə keçirilən mərasimdə Cəlilabad Rayon Polis Şöbəsinin pasport və qeydiyyat bölməsinin əməkdaşları, İbadət nənənin övladları, nəvə-nəticələri, yaxınları iştirak ediblər.

36 nəvə, 60 nəticə sahibi olan İbadət nənənin ən böyük nəvəsi 57 yaşında, ən kiçik nəticəsi isə üç aylıqdır.

Həyatından razılıq edən 100 yaşlı ağbirçək gənc ailələrə bir-birinə qarşılıqlı hörmət bəsləməyi, hər işdə səbirli olmağı tövsiyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.