Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Respublika Veteranları Təşkilatının VI plenumunda qurumun cari ildəki fəaliyyəti müzakirə olunub

Bakı, 22 noyabr, AZƏRTAC

Noyabrın 22-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının VI plenumu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev, təşkilatın üzvləri, müharibə, əmək, Silahlı Qüvvələr və Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Plenumu açıq elan edib. O bildirib ki, Plenumda təşkilatın cari ildəki fəaliyyəti, həmçinin 2017-ci il üçün iş planının təsdiq edilməsi məsələləri müzakirə olunacaq.

Gündəlik təsdiq olunduqdan sonra C.Xəlilov Respublika Veteranlar Təşkilatının 2016-cı ildə fəaliyyətinin yekunlarına və gələn il qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış edib.

Ümummilli lider Heydər Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayan məruzəçi bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Diqqətə çatdırılıb ki, veteranların sosial müdafiəsinin gücləndirilməsi qurumun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Başlıca məqsəd vətənpərvər insanların yüksək statusunun daim nümayiş etdirilməsi, onların sosial müdafiəsinin, cəmiyyətdəki mövqeyinin gücləndirilməsi ilə vətənpərvərliyin təşviq olunmasıdır. Respublika Veteranlar Təşkilatı bu qayğı və diqqəti yüksək qiymətləndirir və fəaliyyətində səmərəliliyi artırmağa çalışır. Hesabat dövründə təşkilatın nüfuzunun yüksəldilməsi, veteran təşkilatlarının ictimai həyatda fəallığının artırılması istiqamətində mühüm addımlar atılıb. Veteranların sosial problemlərinin həlli onların fəallığının yüksəlməsinə, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində daha yaxından iştiraklarına müsbət təsir göstərib.

Respublika Veteranlar Təşkilatının keçirdiyi tədbirlər barədə ətraflı məlumat verən C.Xəlilov bildirib ki, qurum gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onların Azərbaycan dövlətinə və xalqına sədaqət ruhunda yetişmələri üçün ötən müddətdə çoxsaylı yerli və beynəlxalq səviyyəli mədəni-kütləvi tədbirlər keçirib. O, veteranlarla bağlı tədbirlərin mətbuatda geniş işıqlandırıldığını bildirərək bu baxımdan AZƏRTAC-ı xüsusi qeyd edib.

Vurğulanıb ki, hesabat dövründə təşkilatın Rəyasət Heyətinin iclaslarında bir sıra aktual problemlər, o cümlədən veteranların sosial müdafiəsi məsələsi müzakirə edilib, onlara əməli kömək göstərilib. Bu il Respublika Veteranlar Təşkilatına ayrılan vəsaitin xeyli hissəsinin müalicəyə ehtiyacı olan İkinci Dünya müharibəsi veteranlarına çatdırılması təmin edilib. Ötən müddətdə təşkilata daxil olmuş 100-dən çox müraciətlə əlaqədar müvafiq qurumlara məktublar göndərilib, problemlər əsasən həll olunub.

Bildirilib ki, bu il veteranlarımız faşizm üzərində Qələbənin 71-ci ildönümünü təntənəli şəkildə qeyd etməklə yanaşı, Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda (ümumxalq səsverməsi) fəal iştirak ediblər.

Veteranlara dövlətimizin tərəfindən göstərilən diqqət və qayğıdan danışan C.Xəlilov deyib ki, hər il İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin ildönümü ərəfəsində Prezident İlham Əliyev müharibə veteranları ilə görüşərək onların problemləri ilə maraqlanır. İkinci Dünya müharibəsi iştirakçılarına verilən birdəfəlik maddi yardımın məbləğinin ildən-ilə artırılması, eləcə də veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində imzalanmış çoxsaylı fərman və sərəncamlar bu sahəyə dövlət qayğısının əyani göstəricisidir. Respublika Veteranlar Təşkilatının sədri bu diqqət və qayğıya görə veteranlar adından dövlətimizin başçısına minnətdarlığını bildirib.

Gələn il görüləcək tədbirlərdən danışan ehtiyatda olan polkovnik deyib ki, Respublika Veteranlar Təşkilatının fəaliyyətə başlamasının 30 illik yubileyinin qeyd edilməsi ilə bağlı müvafiq tədbirlər planı hazırlanıb. Plana əsasən, müxtəlif təşkilat və müəssisələrdə tədbirlərin keçirilməsi, qurumun tarixinə aid kitabın nəşri nəzərdə tutulur. Respublika Veteranlar Təşkilatı öz fəaliyyəti ilə bağlı mediaya daim açıqdır və digər veteran təşkilatları ilə gələcəkdə də səmərəli əməkdaşlıq qurmağa hazırdır.

Sonra məruzə ətrafında çıxışlar olub, təşkilati məsələlərə baxılıb, Respublika Veteranlar Təşkilatının 2017-ci il üçün iş planı təsdiq edilib.

Qurumun rayon təşkilatlarının sədrləri və digərləri çıxış edərək hesabat dövründə görülən işlərdən danışıblar.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarova, Respublika Veteranlar Təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri Cahangir Nəsirov, Müdafiə Nazirliyinin zabiti, Prezident təqaüdçüsü, polkovnik Abdulla Qurbani çıxış edərək yeniyetmə və gənclərimizin milli və hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində, veteran hərəkatının inkişafında, cəmiyyətimizin həyatında mühüm rol oynayan Respublika Veteranlar Təşkilatının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini vurğulayıblar. Apreldə düşmən üzərində mühüm qələbə qazanan Azərbaycan əsgərinin döyüş ruhunun yüksəldilməsində veteranların misilsiz rolu xüsusi qeyd edilib. Bildirilib ki, bütün bunlar ölkə rəhbərliyinin respublikamızda veteran hərəkatına və Azərbaycan veteranlarına göstərdiyi diqqət və qayğının nəticəsidir.

Hesabat dövründə təşkilatın fəaliyyətinin səmərəli təşkilində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə veteranlara göstərilən diqqət və qayğının mühüm rol oynadığı xüsusi vurğulanıb. Plenum iştirakçıları Respublika Veteranlar Təşkilatının hər zaman dövlətin yanında olduğunu, Azərbaycan Prezidentinin ətrafında sıx birləşərək onu dəstəklədiklərini bildiriblər.

Plenumda hesabat məruzəsi və respublika veteranlar təşkilatının cari ildəki fəaliyyəti qənaətbəxş hesab edilib. Təşkilatın ölkəmizin ictimai-siyasi həyatında rolu yüksək qiymətləndirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib