Paris Siyasi Liderlik İnstitutunda Azərbaycan həqiqətlərindən danışılıb
Paris, 25 noyabr, AZƏRTAC
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Paris Siyasi Liderlik İnstitutunun dəvəti ilə burada magistratura pilləsində təhsil alan bir qrup tələbə qarşısında ölkəmizlə bağlı mühazirə ilə çıxış edib.
Diplomat Azərbaycanın tarixi, dövlətçilik ənənələri, 1918-1920-ci illərdə yaradılan ilk Azərbaycan Demokratik Respublikası haqqında məlumat verib. 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın keçdiyi inkişaf yolundan danışan E.Əmirbəyov ölkədə siyasi sabitlik və iqtisadiyyatın dirçəldilməsi, hüquqi dövlət quruculuğu istiqamətində görülmüş işlərdən, aparılmış islahatlardan, Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığından bəhs edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat çıxışında problemin nəticələri, danışıqlar prosesinin hazırkı vəziyyəti, münaqişənin hüquqi və humanitar aspektlərinə xüsusi yer verib.
Azərbaycan-Fransa ikitərəfli əlaqələrindən, iki ölkə arasında bütün sahələrdə yüksək səviyyədə inkişaf etmiş əməkdaşlıqdan danışıb.
Sonda E.Əmirbəyov tələbələrin Cənubi Qafqaz regionundakı geosiyasi vəziyyət, Azərbaycanın qonşu ölkələrlə əlaqələri, eləcə də digər beynəlxalq və regional məsələlərə dair suallarını cavablandırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.02.2026 [13:04]
David Manukyan ömürlük azadlıqdan məhrum edilib
- 05.02.2026 [12:57]
Levon Mnatsakanyan ömürlük azadlıqdan məhrum edilib
- 05.02.2026 [12:51]
Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edilib
- 05.02.2026 [12:14]
Ermənistan vətəndaşlarının məhkəməsində yekun məhkəmə qərarı elan olunur
- 05.02.2026 [11:07]
Prezident İlham Əliyevin dünyanı xilas edəcək humanizm missiyası- ŞƏRH
- 05.02.2026 [09:44]
Azərbaycan səfiri Şri-Lankada görüşlər keçirib
NBA: Son çempion səfərdə uduzub
- [10:36]
Əksər ərazilərə qar yağıb
- [10:35]
Bütün nəsillərin müasiri
- [09:05]
Avrozonada inflyasiya azalıb
- [06:39]