Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycan muğamının İsrail həyatı

Bakı, 16 yanvar, AZƏRTAC

İsrailin dünya mədəniyyətlərinə, xüsusən musiqi mədəniyyətinə açıq olmasını və həqiqi maraq göstərməsini onun zəngin və çoxşaxəli mədəniyyətinin ən maraqlı və qeyri-adi xüsusiyyətlərindən biri saymaq olar. Daha konkret desək, söhbət Azərbaycanın milli musiqisinə, o cümlədən muğamına olan maraqdan gedir. İsrail xalqı hələlik bir o qədər də yaxından bələd olmadığı bir ölkənin - müsəlman Azərbaycanının incəsənət xadimlərini son vaxtlar ölkənin konsert səhnələrində daha tez-tez görməyə başlayıb.

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman AZƏRTAC-a müsahibəsində bildirib ki, qədim milli musiqi janrı olan muğam yeni, ekzotik və eyni zamanda, qədim mədəniyyətə məxsus bütün musiqi növlərinə maraq göstərən İsrail dinləyicisini cəlb edir. Artıq israilli musiqi xiridarlarının məhdud çevrəsini musiqi akademiyalarında festivallar və hesabat konsertləri çərçivəsində keçirilən Şərq musiqisi konsertləri ilə təəccübləndirmək mümkün deyil. Belə konsertlərdə tarzən, kamançaçalan və əlində qaval tutmuş xanəndədən ibarət klassik Azərbaycan üçlüyünü həmişə görmək olar.

Məlum olduğu kimi, təbiətdə heç nə boş yerə yaranmır. İsraillilərdə Azərbaycan musiqisinə belə marağın yaranmasının “səbəbkarlarından” biri də Azərbaycan etnik musiqisinin pərəstişkarı dağ yəhudisi Perets Eliyahudur. Əslən Dağıstandan olan P.Eliyahu Müqəddəs torpağa qədəm qoyandan etibarən Azərbaycan milli musiqisinin təbliğatçısına çevrilib. Tar sinfi üzrə ali təhsili olan P.Eliyahu Azərbaycan musiqisini təkcə öz övladlarına aşılamayıb. O, həm də İsrailin musiqi akademiyalarının tələbələrinə tar çalmağı öyrədir, İsrail universitetlərində Azərbaycanın milli musiqi alətlərinin tədrisinin banilərindən biridir. Buna görə o, həm İsrailin mükafatlarına, həm də beynəlxalq mükafatlara layiq görülüb.

P.Eliyahu iki Şərq musiqisi akademiyasına başçılıq edir. Akademiyalardan biri Qüdsdə, digəri Safatda yerləşir. Artıq keçmiş tələbələri də bu akademiyalarda dərs deyirlər. Müxtəlif ölkələrdən, o cümlədən İran, İraq, Türkiyə və Misirdən olan Şərq xalq çalğı alətləri ustadları P.Eliyahunun dəvəti ilə vaxtaşırı bu musiqi ocaqlarına gəlirlər. Amma Azərbaycan musiqisinin vurğunu olan Perets ilk növbədə ölkəmizdən peşəkar musiqiçiləri dəvət edir.

İsrailin ən qədim şəhərlərindən birində - Safatda yerləşən “Məqamat” Şərq Musiqisi Akademiyasının tələbələri yeni ildə bir həftə ərzində tanınmış Azərbaycan kamançaçalanı Elşən Mənsurovun ustad dərslərində iştirak ediblər. İsrailli dinləyiciyə həm ifaçı, həm də müəllim kimi yaxşı tanış olan E.Mənsurovun gəlişi tələbələr və əlbəttə, Azərbaycan milli musiqisinin bütün pərəstişkarları üçün əsl bayrama çevrilib.

Qeyd edək ki, “Məqamat” Akademiyası israilli mesenat Moşe Tovanın vəsaiti hesabına fəaliyyət göstərir. Tələbələrin tədrisi, akademiyanın və əcnəbi mütəxəssislərin saxlanması xərclərini, əlqərəz, bu çoxşaxəli strukturun dəstəklənməsi üçün lazım olan bütün işləri o maliyyələşdirir. Burada müxtəlif Şərq ölkələrində ali musiqi təhsili almış peşəkar musiqiçilər dərs deyirlər.

Şərq Musiqisi Akademiyasında təhsil alan gənclər çətin ki, Şərq musiqisi daşıyıcısı təəssüratı oyatsınlar, əksinə onlar daha çox Avropa meyilli gənclərdir. Tələbələrin əksəriyyəti yəhudi dini təhsil ocaqlarını bitirmiş çox mömin insanlardır. Bəlkə də mömin gənclər yüksək mənəviyyat sahibi olduqları üçün muğam kimi sirli və ecazkar musiqiyə aludə olublar. Bunu meditasiya və dərin mənəvi-emosional hisslərə varmaq ilə müqayisə etmək olar.

Safatdakı Şərq Musiqisi Akademiyası azı yeddi yüz il əvvəl Osmanlı İmperiyası dövründə inşa edilmiş qədim binada yerləşir. Bu bina Safatda yeganə tikilidir ki, mövcud olduğu bütün illər ərzində fasiləsiz fəaliyyət göstərib. Tikili tağları və yaraşıqlı hasarları olan bir-biri ilə kiçik həyətlərlə ayrılmış çoxsaylı otaqlardan ibarətdir. Hər bir otaq səciyyəvi Şərq atributları - qədim mis qab-qacaq, Şərq oyma naxışlı mebel və buna uyğun ev müxəlləfatı ilə bəzədilib. Amma divar və döşəmələri bəzəyən İran xalçaları daha çox diqqəti cəlb edir. Hər sinif otağına muğam məqamlarından birinin adı verilib: Rast, Humayun, Hicaz, Bayatı-Şiraz, Şur və s. Safat hər şeyin sanki yeganə mədəniyyətə - yəhudi ilahiyyatına tabe olduğu dini mənəviyyat mərkəzi olduğu üçün siz təzadlı mədəniyyətlərin bir-birinə qarşılıqlı nüfuzundan yaranmış əsl mədəni-emosional sarsıntı keçirəcəksiniz. Burada gördükləriniz bir daha belə bir danılmaz həqiqəti möhkəmləndirir ki, incəsənət təkcə xalqları yaxınlaşdırmır, həm də sülhü qoruyub saxlayır. Əslən Azərbaycandan olan bizlər üçün isə bu, Azərbaycan və İsrail xalqları arasında az qala metafizik, mistik və mənəvi əlaqələrin mövcud olmasının daha bir təsdiqidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB-2 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir VİDEO

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj VİDEO

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB-2 VİDEO

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb