Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüdür

Bu fikir xarici işlər naziri Elmar Məmmədyarovun Fransanın “La lettre Diplomatique” jurnalına müsahibəsində əksini tapıb

Bakı, 23 yanvar, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Fransanın “La lettre Diplomatique” jurnalında Bakı Beynəlxalq Humanitar Forumu və Azərbaycanın multikulturalizm ənənələrinə dair “Bakı planetin sosial məsələlərinin həllinin avanqardı” adlı müsahibəsi dərc olunub. AZƏRTAC müsahibəni təqdim edir.

-Cənab nazir, 2016-cı il sentyabrın 29-30-da Prezident İlham Əliyev tərəfindən V Bakı Beynəlxalq Humanitar Forumunun açılışı oldu. Bu tədbirlərin kökləri və xüsusiyyətləri barədə məlumat verməyinizi xahiş edirik.

-2011-ci ildən keçirilməyə başlayan Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir. Artıq biz bu il V Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi etdik. Tədbirin açılışını edən Prezident İlham Əliyev Forumun vəzifələri, məqsədləri və hədəfləri, eləcə də ölkəmizin əldə etdiyi uğurlar barədə geniş nitq söylədi və Forumun işini yüksək qiymətləndirdi.

-Xorvatiyanın keçmiş prezidentləri İvo Yosipoviç və Stepan Mesiç, çoxsaylı Nobel mükafatları laureatları, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar, bir sıra ölkələrin parlament üzvləri və jurnalistlərdən ibarət 400-ə yaxın şəxs bu tədbirdə iştirak edib. Forumun işinə artan marağı nə ilə izah edirsiniz?

-Sizin də qeyd etdiyiniz kimi, Bakı Beynəlxalq Humanitar Forumuna dövlətlərin cari və ya keçmiş rəhbərləri və transmilli korporasiyaların təsisçiləri, habelə dövlət və hökumət nümayəndələri, nüfuzlu elm adamları, ictimai-siyasi xadimlər və s. dəvət olunurlar. Forumun işinə artan marağın səbəbi bəşəriyyəti narahat edən aktual məsələlərin həllinin tapılması istiqamətində bu platformada aparılan səmərəli müzakirələrdir. Forumda müzakirə olunan mövzular humanitar sahədə dünyada baş verən proseslərə uyğun olaraq seçilir və beynəlxalq təşkilatların iştirakı təmin olunur. Məsələn, builki Forumun mövzuları arasında “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi”, “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər”, “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları”nın adlarını çəkə bilərəm. Forumun plenar iclaslarından birinə şəxsən mən özüm rəhbərlik etmişəm. İclasda dünyanın müxtəlif dinlərinin təmsilçiləri çıxış etdilər, bu istiqamətdə məhsuldar fikir mübadiləsi apardıq.

-Altı mövzu ətrafında hazırlanan Bakı Beynəlxalq Humanitar Forumu kütləvi miqrasiya da daxil olmaqla bir sıra sosial məsələlər, müasir tibb vasitəsilə jurnalistikanın rolunu əks etdirir. Sizin fikrinizcə, hansı məsələ daha çox əhəmiyyətlidir?

-Yuxarıda qeyd etdiyim kimi, Forumda müzakirə olunan mövzular zamanın tələbinə uyğun seçilir və aktuallığını saxlayır, eyni zamanda, bəşəriyyəti düşündürən ümumi məsələlərə həsr olunur. Bu baxımdan, mövzulardan hansısa birinin digərlərindən daha əhəmiyyətli olduğunu söyləyə bilmərik. Builki Forumda adıçəkilən mövzuların hər birinə dair “dəyirmi masa”lar təşkil olunub, təqdimatlar keçirilib. Biz hesab edirik ki, beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsinə xidmət edəcək istənilən mövzuda substantiv müzakirələrin aparılması ümumi işə fayda verir.

-İştirakçıların verdiyi töhfələri nəzərə alaraq bəşəriyyətin qarşılaşdığı çağırışlarla bağlı siz nə düşünürsünüz?

-Əfsuslar olsun ki, dünyada təhlükələr və çağırışlar getdikcə artır, son illər dünyanın müxtəlif bölgələrində çox təhlükəli, narahatedici hadisələr baş verir. Qanlı toqquşmalar, müharibələr nəticəsində yüz minlərlə günahsız insan həlak olub, milyonlarla insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bir çox ölkələr humanitar böhranla üzləşib. Eyni zamanda, radikalizm və separatizm meyilləri güclənib. Həmçinin Yaxın Şərqdəki müharibələrlə əlaqədar insanlar kütləvi şəkildə Avropaya üz tutmağa başlayıb, nəticədə qitə miqrant problemi ilə qarşılaşıb və antimiqrant meyillər güclənib. Mənim ölkəm də etnik separatizm, xarici müdaxilə, zorakı ekstremizm və terrorizmdən əziyyət çəkib və çəkir. Humanitar fəlakətdən əziyyət çəkən ölkə kimi Azərbaycan istənilən imkandan faydalanmaqla ümumbəşəri problemlərin birgə həllinin tapılmasında maraqlıdır.

-Multikulturalizm müzakirəyə çıxarılan 6 mövzu arasında idi. Azərbaycanın bu sahəyə verdiyi töhfəni necə görürsünüz?

-Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Burada bütün dinlərin, xalqların nümayəndələri tarixən bir ailə kimi yaşayıb. Bu, bizim siyasətimiz və həyat tərzimizdir.

Biz belə beynəlxalq tədbirləri ölkəmizdə keçirməklə multikulturalizmin inkişafına öz töhfəmizi veririk və humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsində fəal rol oynayırıq. Eyni zamanda, qeyd etmək istəyirəm ki, 2016-cı il Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə “Multikulturalizm İli” elan edilib. Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb və multikulturalizmə abidə ucaldılıb. Azərbaycan dünyada multikultural ölkə kimi tanınır və beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib.

-Qafqazın ürəyində yerləşən Azərbaycan tarixən qovşaq, mədəniyyət və ticarət rolunu oynayıb. Bu Forum sizin ölkənizi ideyaların kəsişdiyi yerə çevirmək niyyəti daşıyırmı? Beynəlxalq səviyyədə onun təsirli olması üçün faydalarını necə qiymətləndirirsiz?

-Avropa ilə Asiyanın sərhədində yerləşən Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olub. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olub. Biz təkcə Bakı Beynəlxalq Humanitar Forumunu deyil, hər iki ildən bir Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumunu təşkil edirik. 2016-cı ilin aprel ayında Bakıda BMT-nin Sivilizasiyalararası Alyansının VII Qlobal Forumu keçirilmişdir. Həmçinin “Bakı Prosesi”nin təşəbbüskarı olmuşuq ki, bu da mədəniyyətlərarası dialoq üçün geniş bir platformaya çevrilib. Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərinin toplantısına, habelə Dünya Dini Liderlərinin Zirvə toplantısına ev sahibliyi etmişik. Biz yalnız mədəni və humanitar forumlarla kifayətlənmirik, eyni zamanda, idman sahəsində də beynəlxalq tədbirləri təşkil edirik. Belə ki, 2015-ci ildə ölkəmizdə I Avropa Oyunları uğurla keçirilib, 2017-ci ildə il isə Bakıda IV İslam Həmrəylik Oyunlarını təşkil edəcəyik. Bütün bu görülən işlər, keçirilən tədbirlər xalqların bir-birinə yaxınlaşmasına və sülh şəraitində yaşamasına xidmət edir.

-Əməkdaşlıq edilən məsələlərdə nəticələrin faydasını paylaşmaq üçün Bakı Beynəlxalq Humanitar Forumu və digər beynəlxalq təşkilatlar və institutlar arasında əlaqələri necə gücləndirməyi düşünürsünüzmü?

-Artıq qeyd edildiyi kimi, Bakı Beynəlxalq Humanitar Forumuna beynəlxalq təşkilatların rəhbər şəxsləri müntəzəm olaraq dəvət olunur və onlar bu prosesdə yaxından iştirak edirlər. Burada da əsas məqsəd müxtəlif təyinatlı beynəlxalq təşkilatların nümayəndələrinin bir araya gətirilməsindən, aralarında daha mühüm qarşılıqlı anlaşmanın yaradılmasından ibarətdir. Biz bu təşəbbüsü yalnız Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində deyil, BMT miqyasında da sınaqdan uğurla keçirmişik. Belə ki, 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycanın təşəbbüsü ilə ilk dəfə BMT Təhlükəsizlik Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında birgə iclas keçirilib. Həmçinin ölkəmizin 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsi bizə bu istiqamətdə beynəlxalq inkişafa töhfə vermək üçün əlavə imkan yaradacaq.

-Bu tədbir çərçivəsində Fransa parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti Prezident İlham Əliyevlə görüşdü. 2016-cı il sentyabrın 15-də Azərbaycan-Fransız Universitetinin açılışı oldu. Sizin fikrinizcə, iki ölkə arasında yalnız mədəni sahədə deyil, eyni zamanda, iqtisadi və diplomatiya baxımdan ən qabaqcıl əməkdaşlıq sahələri hansılardı?

-Azərbaycanla Fransa arasında əməkdaşlıq çoxşaxəlidir və bir çox sahələri əhatə edir. Siyasi əlaqələrimiz yüksək səviyyədədir və bu, ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı üçün əlavə imkanlar yaradır. Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir və onların fəaliyyəti ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət göstərir. Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərində, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində böyük uğurlara imza atmışıq. Mən bu məsələdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolunu xüsusi vurğulamaq istərdim. Bildiyiniz kimi, ölkənin birinci xanımı Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəridir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müxtəlif istiqamətlər üzrə Fransadakı səmərəli fəaliyyəti ikitərəfli əməkdaşlığa böyük töhfələr verib.

Fransa, eyni zamanda, ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən biridir və Ermənistan-Azərbaycan münaqişəsinin həllinə səy göstərir.

Eyni zamanda, ölkələrimiz enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm informasiya-kommunikasiya sahəsində, habelə kosmik sənaye və inşaat sektorunda müxtəlif birgə uğurlu layihələrdə iştirak edirlər. Əminəm ki, hər iki ölkənin müştərək maraqlarını təmin edən müxtəlif sahələrdə əməkdaşlıq Azərbaycan-Fransa dostluğunu bundan sonra da uğurla inkişaf etdirəcək. 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə "Mercedes" marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı