Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

“İnformasiya yaradıcılığı: standartlar və yeni yanaşmalar” dərsliyi zamanın çağırışından yaranıb

“İnformasiya yaradıcılığı: standartlar və yeni yanaşmalar” dərsliyi zamanın çağırışından yaranıb

Bakı, 24 yanvar, AZƏRTAC

Bu gün dünya xəbərlə nəfəs alır. Hətta ucqar dağ kəndinin sakini həyatını xəbərsiz təsəvvür etmir. Xəbər sərhəd tanımır və dünyanın bu başından o biri başına göz qırpımında çatır. Belə bir vaxtda xəbər istehsalçıları olan jurnalistlərin, informasiya agentliklərinin üzərinə xüsusi məsuliyyət düşür. İnformasiya texnologiyasının fantastik inkişafı və qloballaşma fonunda xəbər yaradıcılığının meyarları dəyişir, standartları saf-çürük edilir. AZƏRTAC-ın baş direktoru, jurnalist-publisist Aslan Aslanovun “İnformasiya yaradıcılığı: standartlar və yeni yanaşmalar” dərsliyi zamanın məhz bu çağırışlarından qaynaqlanır.

Amma mən bu dərsliyin özündən əvvəl dərslik kimi ciddi tipoloji tələblərə cavab verə biləcək bir kitabı ortaya qoymağa kimin mənəvi səlahiyyəti olduğuna diqqət çəkmək istərdim. Dərslik öz tipoloji xarakterinə görə başqa kitablardan çox fərqlənir. Dərslik “mənə elə gəlir ki...” ehtimalını qəbul etmir, dərslik “iki vur iki, bərabərdir dördə” kimi dəqiq və elmi-nəzəri, praktik aləmdə qəbul olunmuş postulatlar üzərində və bir də onun müəllifinin bu postulatlar səviyyəsində özünün dəqiq yanaşmaları kontekstində hazırlanıb. Bu gün – dünyanın hər an dəyişdiyi bizim zəmanədə sürətlə qloballaşan dünyaya dinamik reaksiya ilə dərslik yazmaq çox çətindir, amma çox da vacibdir. Jurnalistika da, yuxarıda dediyim kimi, dəyişən dünyaya, informasiya təqdimatının yeni formatlarına məhkum olan fəaliyyət sahələrindəndir. Ona görə də Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin bu tipli dərsliklərə çox ehtiyacı var. Bunu universitetin rəhbərliyi də bilir və elə buna görə də rektor, akademik Abel Məhərrəmov Aslan Aslanovun dərsliyinin əlyazmasını bircə axşama oxuyub ona təcili dərslik qrifi verilməsi ilə əlaqədar əmr imzaladı. Məsələ ondadır ki, bu dərslik ən məhsuldar informasiya istehsalçılarının - xəbər agentliklərinin peşəkar təcrübəsi əsasında jurnalistikanın başlıca məhsulu olan informasiyanın polifonik istiqamətlərdən necə hazırlanmasını ortaya qoyur və qloballaşan dünyada informasiya yaradıcılığına yeni yanaşmanın elmi, praktik mənzərəsini təqdim edir. Bundan əvvəl jurnalistika yaradıcılığı barədə 10-a yaxın monoqrafiyanın, bir dərs vəsaitinin müəllifi olan Aslan Aslanov həm peşəkar jurnalist, həm informasiya sahəsində çox ciddi beynəlxalq təşkilatların üzvü və həm də rəhbəri, AZƏRTAC-da topladığı böyük təcrübə sahibi kimi uzun bir yol keçib. İnformasiya yaradıcılığına dayanıqlı ənənə və müasir çağırışlar istiqamətində yanaşan müəllif bu sahədə bir sıra fundamental problemləri araşdırıb. Kitab tarix və müasirlik istiqamətini əsas kompozisiya xətti kimi qəbul edib.

Əvvəlcə dünyada informasiya yayımının tarixini araşdıran müəllif bostonlu tacir Samuel Gilbertin öz dükanında açdığı qiraətxanadan başlamış ilk xəbər agentlikləri olan “Havas Bürosu” (Fransa), “Reuters” (Böyük Britaniya), “Stefani” (İtaliya), “Volf” (Almaniya) və “Associated Press”in (ABŞ) yaranmasınadək keçilən yola qısa nəzər salır. Müasir dövrümüzdə informasiyanın roluna dair baxışlarını tanınmış jurnalistika nəzəriyyəçilərinin, habelə kulturoloq, sosioloq, psixoloq və filosofların tədqiqatları ilə əsaslandırır. Bununla da, ilk növbədə, gələcəyin jurnalisti və xəbər istehsalçısı olacaq ali məktəb tələbələrinə düşünmək üçün mövzu və zəngin həyat materialı verir.

Dörd fəsildən ibarət dərslik Azərbaycanda fəaliyyət göstərən informasiya agentlikləri barədə məlumatla başlayır. Təbii olaraq, Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) daha çox yer ayrılır. Belə ki, ölkəmizdə xəbər agentliyinin yaranması və təşəkkülünün tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunmuş Azərbaycan Teleqraf Agentliyi ilə bağlıdır. Dərslikdə Azərbaycan Teleqraf Agentliyinin varisi olan AZƏRTAC-ın keçdiyi tarixi yol, inkişaf mərhələləri sənədlərin dili ilə açılıb göstərilir. Həmçinin Azərbaycanın digər populyar informasiya agentlikləri barədə məlumatlar ölkəmizin müasir xəbər məkanı haqqında aydın təsəvvür yaradır.

Hazırda informasiyanın işlənməsi və yayılması texnologiyası çox da uzaq olmayan keçmişdən köklü şəkildə fərqlənir. İnternet, sosial şəbəkələr xəbər məkanına hədsiz operativlik və dinamika gətirməklə yanaşı, ənənəvi informasiya agentliklərini güclü rəqabətlə üzləşdirir. Onlar həyat qabiliyyətlərini təmin etmək üçün işi necə qurmalı, zamanın tələbi ilə ayaqlaşmaq üçün necə işləməlidirlər? İnformasiya işi sahəsində uzun illik təcrübəyə malik, beynəlxalq media forumlarının daimi iştirakçısı olan Aslan Aslanov təqdim etdiyi dərslikdə müasir informasiyanın işlənmə və yayılma problemlərinə xüsusi yer ayırır. Bu fəsildə cəmiyyətin həyatında informasiyanın və informasiya mübadiləsinin əhəmiyyəti, informasiyaya tələbatın ödənilməsində xəbər agentliklərinin rolu təhlil olunur, mövcud durumla bağlı maraqlı fikir və mülahizələr irəli sürülür. Müəllif hesab edir ki, problem bəzi hallarda informasiyanın yoxlanılmamış, ilk mənbədən dəqiqləşdirilməmiş faktlar əsasında və ya qərəzli mövqedən sifarişlə yazılması ilə bağlıdır.

İnformasiya resursları və mənbələrinin mövcud bolluğu və kəskin rəqabət şəraitində dünya mediası auditoriya toplamaq, diqqəti cəlb etmək üçün nə kimi yeni metod və üsullardan istifadə edir? Dərslikdə ABŞ-ın “Washington Post”, Böyük Britaniyanın “Times”, “İndependent” qəzetlərinin və digər Qərb mediasının bu sahədə təcrübəsi, eyni zamanda, auditoriyanı öyrənməyin yolları barədə maraqlı faktlar, bununla bağlı müxtəlif ölkələrdə aparılmış tədqiqatların nəticələri haqqında məlumatlar təqdim olunur.

Qloballaşan dünyada sərhədsiz informasiya məkanı formalaşıb. İnformasiyanın əldə edilməsi mənbələrinin coğrafiyası hədsiz dərəcədə genişlənib, xəbərin yayılması üçün hərtərəfli infrastruktur formalaşıb. Xəbərin məzmunu və forması ilə yanaşı, operativliyi və etibarlılığı əsas meyara çevrilib. Bütün bunlar informasiyanın istehsalçıları və istehlakçıları arasında yeni münasibətlərin yaranmasına gətirib çıxarır. İlk mənbə ilə işləmək bacarığı, informasiyanın alınması, işlənməsi, dəqiqləşdirilməsi, operativ şəkildə yayılması ön plana keçir. Dərslikdə bu amillərin hər biri Azərbaycanın informasiya agentliklərinin fəaliyyəti və KİV-lə bağlı elmi-nəzəri tədqiqatlar kontekstində araşdırılır. Müəllif, eyni zamanda, informasiya mənbələrinə, xəbərin əldə edilməsi və yayılması yollarına dair təcrübəsini, şəxsi fikir və mülahizələrini bölüşür.

Son vaxtlar informasiya işində ənənə və müasirlik ən çox müzakirə olunan, bəzən mübahisə doğuran məsələlər sırasındadır. Həyatımızda hər şey dəyişir və bu, informasiya işində də yeni yanaşmaları qaçılmaz edir. “Bütün dəyərlərin yenidən qiymətləndirilməsi zamanın hökmüdür” – F.Nitsşenin bu fikrini sitat gətirən dərslik müəllifi informasiyanın dəyişməyən, əslində zaman keçdikcə daha çox qiymətə minən dəyərləri barədə söhbət açır. Bu sırada xəbər istehsalının “qızıl modeli” adlandırılan “çevrilmiş piramida” formulu, obyektivlik amili xüsusi qeyd olunur. Eyni zamanda, mediada obyektivlik məsələsinə münasibətdə iki müxtəlif qütb qarşı-qarşıya qoyulur, bununla bağlı mövcud elmi mübahisələrdən doğan qənaət diqqətə çatdırılır.

Dərsliyin bu fəslində əsas informasiya janrları sayılan xəbər, müsahibə, söhbət, reportaj və hesabatın səciyyəvi cəhətlərindən, janr seçimini şərtləndirən amillərdən, bu məsələyə jurnalistin fərdi yanaşmasından bəhs olunur. Bununla yanaşı, analitik, bədii-publisistik, satirik janrlar barədə maraqlı elmi-nəzəri və praktik müddəalar irəli sürülür ki, bununla da təkcə jurnalistikanın informasiya siyasətinə deyil, bütövlükdə, janr nəzəriyyəsinə yeni baxış ifadə olunur.

Ənənə və müasirliyin yalnız vəhdətdə götürüldüyü təqdirdə uğur gətirə biləcəyinə əmin olan müəllif sosial şəbəkəyə, yaxud blogerlərə qısqanclıqla yanaşmır, onları rəqib hesab etmir. Youtube, Facebook, Tvitter və digər sosial şəbəkələrdə ildırım sürəti ilə yayılan xəbəri operativliyin zirvəsi adlandırır. Onun fikrincə, informasiya agentliklərinin operativlik baxımından sosial şəbəkəyə uduzması faciə hesab olunmamalıdır. Onlar xəbərin dəqiqliyi və səhihliyi, xəbərin təhlili ilə istehlakçılarının etimadını daha çox qazana bilirlər.

Dərslikdə informasiya agentlikləri və innovasiyalar, bununla bağlı müasir media nəzəri məktəbinin tanınmış mütəxəssislərinin fikirləri, xəbər çatdırmağın innovativ metodları olan multimedia və infoqrafiyanın üstünlükləri, ənənəvi medianın onlayn mediaya transformasiyası, zəmanəmizin xəbər meyarları, yeni texnologiyalar və fərdi brendlər, gələcəyin perspektivli jurnalist peşələri və jurnalistikanın digər aktual problemləri əksini tapıb. Maraqlı cəhət həm də orasındadır ki, informasiya istehsalının və ötürülməsinin innovativ metodlarının tətbiqi müəllifin rəhbərlik etdiyi agentliyin təcrübəsinə, bir az da qürurla desəm, yeni medianın Azərbaycan təcrübəsinə istinadla araşdırılır.

Bəlkə də ilk dəfədir ki, bu dərslikdə informasiya agentliklərinin bütün beynəlxalq və regional təşkilatları haqqında məlumat bazası toplu şəkildə təqdim edilir. Müvafiq bölmədə Dünya Xəbər Agentlikləri Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA), Avropa Xəbər Agentlikləri Alyansı (EANA), Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA), Ərəb Xəbər Agentlikləri Federasiyası (FANA), Beynəlxalq İslam Xəbərlər Agentliyi (IINA) və digər media qurumlarının tarixi, strukturu, AZƏRTAC-ın bu təşkilatlarda təmsilçiliyi ilə tanış olmaq mümkündür. Burada 2016-cı il noyabrın 16-17-də Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin və OANA-ın XVI Baş Assambleyasının işinə dair zəngin material toplanıb. Yeri gəlmişkən, bir vaxt bu beynəlxalq qurumlara sadəcə üzv olmağa can atan AZƏRTAC indi onlara sədrlik edir. Qürurla deyə bilərəm ki, dərsliyin müəllifi Aslan Aslanov həm Dünya Xəbər Agentlikləri Konqresinin, həm də OANA-nın prezidentidir.

“İnformasiya yaradıcılığı: standartlar və yeni yanaşmalar” dərsliyi Bakı Dövlət Universiteti jurnalistika fakültəsi Elmi Şurasının, universitetin Elmi-Metodik Şurasının və Nəşriyyat Şurasının qərarları ilə nəşr olunub. Əsərin elmi redaktoru bu sətirlərin müəllifi, rəyçiləri AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynov, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərov, filologiya üzrə fəlsəfə doktoru, professor Həmid Vəliyev, redaktoru filologiya üzrə fəlsəfə doktoru Elşən Şahbalayevdir. Onu da deyim ki, biz bəzən dərslik deyəndə yalnız tələbələri nəzərdə tuturuq. Lakin elə dərslik var ki, ondan hər kəsə pay düşür. “İnformasiya yaradıcılığı: standartlar və yeni yanaşmalar” bu gün bəlkə daha çox praktik jurnalistlərin karına gələcək. Çünki dərslik ali məktəb tələbələri ilə yanaşı, aspirantlar, tarixçilər, politoloqlar və praktik jurnalistlər üçün də zəngin məlumat mənbəyidir.

Cahangir Məmmədli

filologiya elmləri doktoru, professor

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir