Fransanın Dövlət katibi: Biz də “ASAN xidmət” kimi model yaratmağa çalışırıq
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycanda “ASAN xidmət” modeli uğurla fəaliyyət göstərir. Biz də Fransada belə bir elektron hökumət xidməti yaratmağa çalışırıq. “ASAN xidmət”in səyyar avtobus modelini Fransanın üç regionunda tətbiq etmək istəyirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plase 3 saylı “ASAN xidmət” mərkəzi ilə tanışlıq zamanı jurnalistlərə müsahibəsində bildirib.
Azərbaycan ilə Fransa arasında yaxşı dostluq münasibətlərinin olduğunu bildirən Jean-Vincent Plase deyib: “Azərbaycana üç günlük səfərim çərçivəsində bir sıra görüşlər keçirəcəyəm. Əsas məqsəd Fransada əhaliyə operativ, şəffaf xidmət modelinin yaradılması ilə bağlı fikir mübadiləsi aparmaqdır. Açıq Hökumət Tərəfdaşlığı çərçivəsində də bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur. Səfərim zamanı Bakının bir sıra görməli yerlərini də ziyarət edəcəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.02.2026 [13:04]
David Manukyan ömürlük azadlıqdan məhrum edilib
- 05.02.2026 [12:57]
Levon Mnatsakanyan ömürlük azadlıqdan məhrum edilib
- 05.02.2026 [12:51]
Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edilib
- 05.02.2026 [12:14]
Ermənistan vətəndaşlarının məhkəməsində yekun məhkəmə qərarı elan olunur
- 05.02.2026 [11:07]
Prezident İlham Əliyevin dünyanı xilas edəcək humanizm missiyası- ŞƏRH
- 05.02.2026 [09:44]
Azərbaycan səfiri Şri-Lankada görüşlər keçirib
NBA: Son çempion səfərdə uduzub
- [10:36]
Əksər ərazilərə qar yağıb
- [10:35]
Bütün nəsillərin müasiri
- [09:05]
Avrozonada inflyasiya azalıb
- [06:39]