İDMAN


Dünya cüdo ailəsinin üzvləri Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində toplaşıb VİDEO

Paris, 11 fevral, AZƏRTAC

Parisdə keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri ərəfəsində bu şəhərdəki Azərbaycan Mədəniyyət Mərkəzində SOCAR-ın dəstəyi və Beynəlxalq Cüdo Federasiyasının (İJF) təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirin əsas məqsədi beynəlxalq turnir ərəfəsində dünya cüdo ailəsinin üzvlərini bir araya gətirmək olub.

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edərək iştirakçıları salamlayıb, SOCAR-a, Azərbaycan Cüdo Federasiyasına dəstəyə görə təşəkkür edib. O, həmçinin Fransa Cüdo Federasiyasına cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turnirinin təşkilinə görə minnətdarlığını bildirib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxış edərək dünya cüdo ailəsinin üzvlərini Azərbaycan Mədəniyyət Mərkəzində görməkdən məmnunluğunu ifadə edib. O, Prezident İlham Əliyevin idmana göstərdiyi qayğıdan danışıb. Ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. İdmanın əhəmiyyətini vurğulayıb.

Bildirib ki, bu gün Azərbaycan Cüdo Federasiyasının üzvləri həmkarları ilə birlikdə olmaqdan məmnundurlar. SOCAR hər zaman cüdo ailəsinin yanında olacaq və onu dəstəkləyəcək. R.Abdullayev idmana dəstəyin gələcəyə, gənclərə böyük dəstək olduğunu qeyd edib.

Fransadakı səfirliyimizin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova səfirin adından çıxış edərək, tədbir iştirakçılarını salamlayıb.

Sonra gənc və istedadlı bəstəkar Etibar Əsədlinin rəhbərlik etdiyi “Etribar Əsədli Trio” ansamblının ifasında caz musiqisi səsləndirilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.