Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda “Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar” mövzusunda beynəlxalq konfrans keçirilib VİDEO

Bakı, 22 fevral, AZƏRTAC

Fevralın 22-də Bakıda Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək önünə əklil qoyublar.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Xanhüseyn Kazımlı Azərbaycan Respublikası Ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun Prezident İlham Əliyevin göstərişi və tövsiyələri ilə 1988-1994-cü illərdə silahlı erməni təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı hər cür əmlakın, o cümlədən yeraltı, yerüstü sərvətlərin itkisinin dəyərinin hesablanmasına, onların qiymətləndirilməsinə və bu sahədə elektron məlumat bazasının hazırlanmasına nail olduğunu deyib.

“Həmin illərdə işğal olunmuş torpaqlarda amansızlıqla, hətta müharibə qanunlarına da sığmayan qeyri-insani hərəkətlər bizə məlumdur. Beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınaraq işğal altında qalan hər cür varidatımızın, daşınar və daşınmaz əmlakın, yeraltı və yerüstü təbii sərvətlərin, tarixi abidələrin dəyəri birlikdə hesablanıb. Ermənistanın işğal etdiyi bütün ərazilərdəki maddi və qeyri-maddi sərvətlərin özününküləşdirilməsi niyyəti ilə yanaşması da beynəlxalq aləmə məlumdur”, - deyə X.Kazımlı əlavə edib.

İşçi Qrupunun rəhbəri 1988-1994-cü illərdə silahlı erməni təcavüzü nəticəsində ölkəmizin məruz qaldığı itki və tələfatlara görə işğalçı tərəfdən təzminat tələb etməyin vacibliyini bir daha diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə Böyük Qayıdışın əsasının qoyulmasının fərəh hissi doğurduğunu vurğulayıb.

Sonra Azərbaycan Respublikası Ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun üzvü, “MBA” qiymətləndiricilər şirkətinin direktoru Nüsrət İbrahimov “Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü nəticəsində itki və tələfatların mövcud dəyər reallıqları” mövzusunda çıxış edib. Bildirib ki, işğal olunmuş ərazilərdə erməni təcavüzkarları tərəfindən aparılan etnik təmizləmə siyasəti nəticəsində ümumi sahəsi 9,1 milyon kvadratmetr olan 150 minə yaxın yaşayış evi və mənzil dağıdılıb, soyğunçuluğa məruz qalıb. İşğal olunmuş zonalarda 6 minədək sənaye, kənd təsərrüfatı və digər müəssisələr tam şəkildə sıradan çıxarılıb və dağıdılıb. Bir milyon hektardan artıq kənd təsərrüfatına yararlı torpaq sahəsi, o cümlədən 127700 hektar suvarılan torpaq, 34600 hektar üzüm və meyvə bağları sahəsi, işğal edilən ərazilərdən kənarda yerləşən 5 rayonda 120 min hektar əkinə yararlı torpaq sahəsi suvarılmamış qalıb və praktiki olaraq təsərrüfat dövriyyəsindən çıxarılıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsində Dövlət Statistika Komitəsinin məlumatlarından, mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən təqdim olunan sənədlərdən, arxiv-informasiya fondlarının materiallarından, müxtəlif dillərdə bu sahə üzrə dərc olunan ədəbiyyatlardan, İşçi Qrupunun araşdırmaları və təhlillərinin nəticələrindən istifadə edilib. Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində itki və tələfatların ümumi dəyəri 819,15 milyard ABŞ dollarıdır. Lakin bu rəqəm son deyil, hazırda işlər davam edir.

Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zəminində Azərbaycan xalqının sosial-iqtisadi qayğıları və onun təmin edilməsi problemləri” mövzusunda çıxış edib. Novruz Məmmədov bildirib ki, bu konfrans Azərbaycan xalqının başına gətirilən müsibətlər barədə məlumatların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinin 20 faizini işğal etməsi, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi nəticəsində təkcə Azərbaycana deyil, bütün regiona böyük ziyan dəyib. Ümumiyyətlə, Ermənistandan 250 min azərbaycanlının necə qovulması, onların hansı əzab-əziyyətlərdən keçdiyini yaxşı bilirik. Bu, bizim tariximizdir. Eyni zamanda, Dağlıq Qarabağdakı azərbaycanlılar haqqında da bu fikri demək olar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi erməni dairələrinin ərazi iddialarının son mərhələsi olub. Ermənilər hətta Xocalıda soyqırımı törətməkdən belə çəkinməyiblər. Bu əməllər XX əsrin ruhuna zidd olsa da, biz bunları yaşamışıq. Qadın, uşaq, qoca daxil olmaqla yüzlərlə dinc insan qətlə yetirilib. Bütün bunlara XX əsrin sonunda rəvac verilib.

Prezident Administrasiyası rəhbərinin müavini qeyd edib ki, bu münaqişə Azərbaycana, bütövlükdə regiona çox böyük ziyan vurub. Bizim əsas məqsədimiz bunları beynəlxalq aləmə çatdırmaqdır.

Novruz Məmmədov bildirib ki, əgər Azərbaycan torpaqları işğal edilməsəydi, oradakı 100 minlərlə hektar torpaq sahələrindən daha əlverişli istifadə olunardı və Azərbaycan iqtisadiyyatı daha da inkişaf edərdi. Məsələn, o ərazilərdə kənd təsərrüfatı məhsullarının istehsalı üçün çox münbit torpaqlar var. Həmin ərazilərin işğal altında olması nəticəsində kənd təsərrüfatının bütün sahələrinə çox böyük ziyan dəyir. Eyni zamanda, işğal olunmuş torpaqlarda soyğunçuluğun, talanın nəticəsində bu ərazilərdə Azərbaycana aid heç bir məscid, xəstəxana, qəbiristanlıq qalmayıb.

“Bu gün beynəlxalq miqyasda keçirilən bütün forumlarda, konfranslarda danışıqlar budur ki, gəlin, insanların qayğısını çəkək, insan hüquqlarını qoruyaq. Əgər belədirsə, həmin tədbirlərdə niyə bir milyon azərbaycanlının fundamental hüquqlarının pozulması barədə danışılmır? Belə olan halda biz onların səmimiyyətinə necə inanaq? Azərbaycanın ərazi bütövlüyü pozulub. Bunu bütün beynəlxalq təşkilatlar, dövlətlər ayrı-ayrılıqda qəbul edirlər. Lakin konkret qərarın qəbul edilməsi üçün heç bir addım atılmır. Ermənistan kimi kiçik bir ölkənin işğalçı siyasətə görə sanksiyalara məruz qalması məgər təbii hal olmazdımı?! Amma təəssüf ki, Qərb bu barədə düşünmür”, - deyə Prezident Administrasiyası rəhbərinin müavini bildirib.

Novruz Məmmədov bu gün müstəqil siyasət həyata keçirən Azərbaycanın sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun inkişafına, Avropanın enerji təhlükəsizliyinin təmininə mühüm töhfələr verdiyini vurğulayıb.

Gürcüstanlı professor Quram Marxulia çıxışında əminliklə bildirib ki, Ermənistanın törətdiyi cinayətlərin səbəbi məhz onun cəzasızlığıdır. Ermənistan işğal etdiyi ərazilərdə bütün abidələri məhv edib ki, həmin torpaqlarda Azərbaycanın izi də qalmasın. Bu, faciədir. Əvvəllər biz bunun baş verdiyini təsəvvür də edə bilməzdik. İşğal edilən ərazilərdə bunu törədənlər barbarlardır. Dünya ictimaiyyəti bundan xəbərdar olmalıdır. Cəzasızlıq onların bu vəhşilikləri törətməsinə gətirib çıxardı.

Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Fəxrəddin Qurbanov dünya birliyinin hələ də beynəlxalq fundamental hüquq və prinsiplərin pozulması halları ilə üzləşdiyini bildirib. Torpaqlarımızın işğalından danışan F.Qurbanov deyib ki, 25 ildən artıq bir dövrdə münaqişədən əziyyət çəkən Azərbaycan üçün beynəlxalq ictimaiyyətin onun ərazi bütövlüyünə və suverenliyinə birmənalı və davamlı dəstəyi ciddi amildir. Münaqişənin həlli ilə bağlı Azərbaycan beynəlxalq və ikitərəfli formatda işlər görür. Ermənistanın təcavüzkar siyasətini pisləyən və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə çağıran bir sıra qərar və qətnamələr qəbul edilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, İsraildə fəaliyyət göstərən “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı beynəlxalq qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut, Milli Məclisin deputatı Fəttah Heydərov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, ehtiyatda olan polkovnik Abdulla Qurbani erməni silahlı təcavüzünün ölkəmizə və bəşəriyyətə mənfi təsirlərindən, cinayətkarların cəzalandırılmasının vacibliyindən danışıblar. Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə geniş yayılması, eləcə də qətliama obyektiv siyasi-hüquqi qiymət verilməsi ilə bağlı Heydər Əliyev Fondu tərəfindən görülən işlərdən bəhs olunub. İşçi Qrupu tərəfindən görülən işlər təqdirəlayiq hesab edilib və bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Konfransda iştirak edən Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov Azərbaycanın heç vaxt torpaqlarımızın işğalı ilə barışmayacağını, ərazilərimizin düşmən tapdağından xilas ediləcəyi günün uzaqda olmadığını söyləyib.

Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov bildirib ki, torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində çox böyük itki və tələfatlarla üzləşmiş Azərbaycanda bu itkilərin qiymətləndirilməsi mühüm tarixi əhəmiyyət kəsb edir. Düzdür, Vətən uğrunda şəhid olmuş qəhrəman övladlarımızın həyatlarının dəyərini hansısa kəmiyyət ölçü vahidi ilə qiymətləndirmək mümkün deyil, amma əhaliyə, dövlətə, ətraf mühit və təbii sərvətlərə dəymiş zərəri, işğalla bağlı izafi hərbi xərcləri və itkiləri hesablamaq çətin də olsa mümkündür. Azərbaycan Respublikası Ərazilərinin Ermənistanın silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu bu çətin vəzifənin öhdəsindən gəlib.

Moldovanın insan hüquqları üzrə keçmiş müvəkkili, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova, Ukrayna, Belarus, Rumıniya və Polşadakı nümayəndəliyinin rəhbəri Aureliya Qriqoriu Ermənistanın Azərbaycana qarşı təcavüzünün kütləvi insan hüquqlarının pozulması ilə müşayiət olunduğunu deyib. Bildirilib ki, işğal edilmiş ərazilərdə şəhərlər, qəsəbələr, kəndlər, avtomobil yolları dağıdılıb. Ermənistan həm öz ərazisində, həm də Azərbaycanda işğal etdiyi torpaqlarda etnik təmizləmə siyasəti aparıb. Bu ölkənin işğalçılıq siyasəti soyqırımı aktı ilə müşayiət olunur. Belə soyqırımlarından biri də Xocalı soyqırımıdır. Bu soyqırımını dünyanın bir sıra ölkələrinin parlamentləri də tanıyıb. Bu yaxınlarda diplomatların Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfərinin təşkili önəmli addım idi. Hamı Ermənistanın təcavüzkar olduğunu bilməlidir.

Bakıda “Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar” mövzusunda beynəlxalq konfrans keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır

"Qədim Şabran" abidəsində Novruz şənliyi

“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb

Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq

Mingəçevir Dövlət Universitetində Novruz şənliyi keçirilib

NATO-nun Baş katibinin regiona səfərinin Azərbaycandan başlaması ölkəmizin Alyans üçün önəmini nümayiş etdirir - ŞƏRH

“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

Taksi sürücülərinə ödəniş müqabilində şəhadətnamələrin verilməsinə aydınlıq gətirilib

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb VİDEO

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb VİDEO