SİYASƏT
ABŞ-ın Nevada ştatının qubernatoru Xocalı faciəsinə dair bəyanat imzalayıb
Bakı, 28 fevral, AZƏRTAC
ABŞ-ın Nevada ştatının qubernatoru Brayən Sandoval Xocalı faciəsinə dair bəyanat imzalayıb.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, qubernator sənədi “Xocalını Anma Günü” münasibətilə imzaladığını bildirir.
Baş Konsulluğa göndərilmiş bəyanatda Xocalı faciəsinin qurbanlarının Nevada ştatı tərəfindən anıldığı qeyd olunur və bu dəhşətli hadisənin törətdiyi ağır nəticələr nəzərdə tutularaq, dünya xalqları arasında qarşılıqlı anlaşma, ünsiyyət və dözümlülüyün önəmi vurğulanır.
Qeyd edək ki, bu bəyanat Nevada ştatının qubernatoru tərəfindən Xocalı faciəsinə dair imzalanmış ilk rəsmi sənəddir.
Respublikaçılar partiyasına mənsub olan qubernator B.Sandoval 2011-ci ildə keçirilmiş seçkilərdə qalib gələrək bu vəzifəyə seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [14:28]
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir VİDEO
- 28.03.2024 [11:05]
Mərkəzi Bank uçot dərəcəsini endirib
- 28.03.2024 [10:34]
Qərbi Azərbaycan İcması bəyanat yayıb
- 28.03.2024 [09:00]