REGİONLAR


Xocavənd qəsəbəsində VKC karate növləri üzrə Azərbaycan kuboku keçirilib

Beyləqan, 10 aprel, AZƏRTAC

Beyləqan rayonu ərazisində Xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsindəki idman kompleksində aprel şəhidlərinin xatirəsinə həsr olunmuş VKC karate növləri üzrə uşaqlar, yeniyetmələr və böyüklər arasında Azərbaycan kuboku keçirilib.

AZƏRTAC xəbər verir ki, Xocavənd Rayon İcra Hakimiyyəti və VKC növləri üzrə Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın iştirakçıları əvvəlcə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət ediblər.

Yarışın açılışında çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Azərbaycan Ordusunun ötən ilin aprel ayında erməni silahlı birləşmələrinin təxribatlarının qarşısını almasından və əks hücumla bir sıra strateji yüksəklikləri işğaldan azad etməsindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan danışıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 24 rayondan 330 idmançı iştirak edib.

Qaliblər kubok, diplom və medallarla təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.