DÜNYA


"MasterCard" ödəniş kartları barmaq izi skaneri ilə təchiz edilməyə başlayıb

Bakı, 21 aprel, AZƏRTAC

"MasterCard" ödəniş sistemi Cənubi Afrika Respublikasında sensorlu barmaq izi skanerinə malik ödəniş kartlarını sınaqdan keçirməyə başlayıb.

AZƏRTAC "psm7.com" saytına istinadla xəbər verir ki, kart sahibinin şifrlənmiş barmaq izi məlumatları "EMV" çipinə yazılır. Mikrosxemə yalnız kart sahibinə məxsus ikiyədək barmaq izini yazmaq olar. Yeni kartın qalınlığı adi kredit kartı qalınlığındadır. Barmaq izi skaneri yuxarı sağ küncdə yerləşən və istifadəsi ödəniş terminalına daxil ediləndə mümkün olan kiçik düzbucaqlı şəklindədir.

Pərakəndə satışla məşğul olanlardan biometrik modulu dəstəkləyən plastik kartların qəbulu üçün yeni avadanlığın alınması tələb edilmir.

"MasterCard" kartları cari ilin sonunadək bütün dünyada yaymağı planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.