CƏMİYYƏT


Azərbaycan və Gürcüstan parlamentləri arasında möhkəm əlaqələr var

Tbilisi, 21 aprel, AZƏRTAC 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin daha bir görüşü Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ilə olub.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin bütün sahələrdə inkişafı üçün möhkəm hüquqi bazanın olduğu vurğulanıb, bu işdə qanunverici orqanların mühüm rol oynadığı qeyd edilib.

Allahşükür Paşazadə deyib ki, bu gün Azərbaycan və Gürcüstan parlamentləri arasında möhkəm dostluq əlaqələri var. Hər iki ölkə cəmiyyət üçün vacib olan demokratik qanunların qəbulunda maraqlıdır. Bu da bizə bütün sahələrdə olduğu kimi, dinlər arasındakı əlaqələrimizin inkişafına da geniş imkan yaradır.

İrakli Kobaxidze QMİ sədrinin Gürcüstana səfərini əlamətdar hadisə adlandırıb. Bildirib ki, qanunverici orqanlar kimi, dini rəhbərlərimiz və dini icmalarımız arasında da çox möhkəm dostluq əlaqələri var. Bu gün Gürcüstanda müsəlmanların sərbəst yaşamaları və fəaliyyətləri üçün çox yaxşı şərait və möhkəm hüquqi baza yaradıldığı kimi, Azərbaycanda da xristian dininə sitayiş edən insanlar çox sərbəst və azaddırlar. Bu, bizim ölkələrimizdə mövcud olan yüksək tolerantlığın göstəricisidir.

Görüşdə müsəlmanların və xristianların birgə iştirakı ilə beynəlxalq konfrans və simpoziumların keçirilməsinin, mövcud münaqişələrin həllində dini konfessiyaların və deputatların rolunun artırılmasının vacibliyi vurğulanıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.