DÜNYA
Paris: polis nümayişi dağıtmaq üçün gözyaşardıcı qaz işlədib
Bakı, 22 aprel, AZƏRTAC
Paris polisi prezident seçkilərinə bir gün qalmış keçirilən nümayişin iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qaz işlədib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Respublika meydanına daxil olan iki minədək nümayişçi oradan Bastiliya meydanı istiqamətində hərəkət edib. Burada aksiya iştirakçıları ilə polis arasında toqquşma baş verib.
Etirazçılar “siyasi maskarad” adlandırdıqları seçkilərə qarşı çıxış edib, prezident postuna namizədlərin təklifləri ilə razılaşmadıqlarını bildiriblər.
Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci turu sabah, ikinci turu isə mayın 7-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:37]
Çin kosmosa yeni astronavtlar göndərir
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]