Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

XİN: “Bakı-2017” ərəfəsində bəzi xarici KİV-lərdə qərəzli yazılar özünü büruzə verməyə başlayıb

XİN: “Bakı-2017” ərəfəsində bəzi xarici KİV-lərdə qərəzli yazılar özünü büruzə verməyə başlayıb

Bakı, 24 aprel, AZƏRTAC

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ərəfəsində bəzi xarici kütləvi informasiya vasitələrində Azərbaycanla bağlı qərəzli yazılara yer verilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bununla əlaqədar AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

-Azərbaycan mötəbər tədbirlərə ev sahibliyi edən dövrlərdə bəzi xarici media orqanlarında ölkəmizlə əlaqədar əsassız və mərkəzləşdirilmiş təbliğat kampaniyasına start verilir. IV İslam Həmrəyliyi Oyunları, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Formula-1 yarışı öncəsi də bu kimi halların baş verməsi yəqin ki, istisna deyil.

-Azərbaycanda keçirilən “Eurovision” mahnı müsabiqəsi, I Avropa Oyunları və digər mötəbər tədbirlər zamanı biz bu kimi halların dəfələrlə şahidi olmuşuq. Odur ki, ölkəmizin ev sahibliyi edəcəyi IV İslam Həmrəylik Oyunları və Formula-1 yarışı öncəsi bir sıra Qərb media orqanlarında Azərbaycan haqqında dezinformasiya, “fakenews” və antitəbliğat xarakterli yazılar artıq özünü büruzə verməyə başlayıb.

Bu gün Qərb ölkələrində “fakenews” və antitəbliğat kimi məsələlər narahatlıq doğuran geniş müzakirə mövzusu olsa da, bəzi Qərb media orqanları Azərbaycana qarşı ənənəvi şəkildə bu kimi fəaliyyəti həyata keçirməkdən çəkinmirlər.

Yazı üslubu və mövzular baxımından Azərbaycana qarşı təbliğat xarakteri daşıyan bu kimi materialları təhlil etdikdə onların eyni məqamları dəfələrlə təkrarlaması, fərdi halları ümumiləşdirməsi və şişirtməsi, istinad bazasının olmaması və ya yalnız bir mənbəyə müraciət etməsi, alternativ fikirlərə və dövlətin rəsmi mövqeyinin işıqlandırılmasına yol verilməməsi kimi qeyri-obyektiv və qərəzli hallar ortaya çıxır. Bundan əlavə, Azərbaycana təzyiq kimi işğal olunmuş ərazilərimizə qanunsuz səfər edilir və oradan qondarma rejimi təbliğ edən yazılar hazırlanır. Konkret məsələ ilə əlaqədar Azərbaycan tərəfi cavab hüququndan istifadə edib mövqeyini bildirsə də, jurnalist etikası və obyektivliyindən kənar şəkildə bu mövqeyin dərc olunmasına imkan verilmir.

-Yeri gəlmişkən, bu günlərdə Böyük Britaniyanın “The Guardian” qəzetində Azərbaycan əleyhinə yazı, eləcə də “Independent” media orqanında ölkəmizin işğal olunmuş ərazilərinə qanunsuz səfər edən jurnalistin məqaləsi dərc edilib. Bu barədə nə deyə bilərsiniz?

-Bu sırada nümunə kimi son günlərdə “Guardian”, “Independent” və digər media orqanlarında yer alan materialları qeyd etmək olar. “Guardian” qəzetində Azərbaycanda guya insan hüquqlarının pozulmasından bəhs edən məqalə hər hansı ciddi mənbəyə istinad olunmur, yalnız şayiələr əsasında iddialar irəli sürülür. “Independent” qəzetinin əməkdaşı qeyri-qanuni şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib, futbolu siyasiləşdirərək qondarma rejimin təbliğatını həyata keçirir. “Independent”də sözügedən məqalə yayılan gün redaktora məktub ünvanlayaraq Azərbaycanın mövqeyinin dərc edilməsi xahiş olunsa da, qəzet bundan imtina edir. Azərbaycan xarici işlər nazirinin İtaliyaya rəsmi səfəri və İtaliyanın yerli məhkəməsində TAP layihəsi üzrə işlərin bərpa edilməsi ilə əlaqədar məsələ müzakirə edildiyi ərəfədə digər bir Qərb mediasında tamamilə əlaqəsi olmayan və epizodik fərdi hallar əsasında Azərbaycanda guya insan hüquqlarının pozulması və TAP layihəsi haqqında qərəzli yazı çıxdı. Bu mövzular arasında hər hansı məntiqi əlaqəni tapmaq həqiqətən çox çətindir.

“Fakenews”, dezinformasiya və antitəbliğat kimi neqativ elementlərə qarşı Azərbaycanın ən güclü silahı həqiqət və obyektivlikdir. “Eurovision” mahnı müsabiqəsi, I Avropa Oyunları və digər tədbirlər zamanı Azərbaycanın həqiqətə əsaslanan mövqeyi bu kimi kampaniyaları tamamilə alt-üst etdi. Bu işdə vətənpərvər milli medianın, eləcə də obyektivlik prinsiplərini hər şeydən üstün tutan və konstruktiv dialoqa açıq olan çoxsaylı beynəlxalq media orqanlarının rolunu qeyd edə bilərik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb

ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı

“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb

Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

ABŞ-da yeni “qiyamət günü təyyarəsi” hazırlanacaq

Azərbaycanlı rejissorun filmi Kann festivalında

Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib

Azərbaycan Premyer Liqasında XXXII turun hakimləri açıqlanıb

Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar

Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər

Avropa çempionatı: Azərbaycan şahmatçılarının duelində Ülviyyə Fətəliyeva sevinib

Argentinada 60 yaşlı qadın gözəllik müsabiqəsində iştirak edir

Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib

Nazir müavini: COP29-un Azərbaycanda texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq

İspaniya Ukraynaya “Patriot” sistemi üçün raketlər verəcək

ÜST: Pandemiya dövründə antibiotiklərdən ifrat istifadə mənfi nəticələr verib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - Azərbaycan modelinin təqdimatı üçün mühüm platforma ŞƏRH

Bu il pambıq və digər kənd təsərrüfatı bitkilərinin əkinində yeni texnologiya tətbiq olunacaq

İngiltərə çempionu birillik fasilədən sonra Premyer Liqaya qayıdıb

Yəmən sahillərində ABŞ-ın 30 milyon dollarlıq PUA-sı vurulub

Kitabxanada sərgi: Ümidsiz gözlərin nur mənbəyi - Zərifə Əliyeva

Ciddədə Gənclərin İnkişafı Forumu keçirilib

Azərbaycan idmançısı İstanbulda iki gümüş medal qazanıb

Milli Kitabxanada Əməkdar elm xadimi Zərifə Əliyevaya həsr olunan silsilə materiallar hazırlanıb

BSU-da akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikili sökülüb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Naxçıvanda boks məşqçiləri ilə görüş olub

Almaniya və Azərbaycan - mühüm siyasi-iqtisadi tərəfdaşlıq ŞƏRH

FHN: Ötən sutka ərzində 36 halda yanğına çıxış olub

Arda Gülər "Real Madrid"in tarixinə düşüb

Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub

Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır

Avropa çempionatı: Son gündə Azərbaycanın üç cüdoçusu mübarizə aparacaq

İnsan həyatı üçün təhdid yaradan kəsici-deşici alətlər aşkarlanaraq götürülüb

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır

Aprelin 26-da 4 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Cevdet Yılmaz: Türkiyə beynəlxalq energetika bazarının mərkəzinə çevrilmək istəyir

FIFA prezidenti “Qarabağ”ı təbrik edib

Ötən gün təhvil və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: XXXII tura bir oyunla start veriləcək

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

DİN: Ötən gün 82 cinayətin açılması təmin olunub

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilir

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Zərifə xanım Əliyeva ömrünü oftalmologiya elminin tərəqqisinə həsr etmiş və bu sahəyə böyük töhfələr vermişdir

Salyanda avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi