MƏDƏNİYYƏT
Azərbaycanlı aktyor beynəlxalq festivalda növbəti uğura imza atıb
Bakı, 25 aprel, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup yaradıcı heyəti Rusiyanın İvanov vilayətinin Kineşma şəhərində keçirilən “Hərarətli ürək” (“Горячее сердце”) klassik rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalında iştirak edir.
Teatrdan AZƏRTAC-a bildirilib ki, festivalda iştirak edən Azərbaycan və Kalmıkiyanın Əməkdar Artisti Şövqi Hüseynovun ifa etdiyi əsas rol N.V.Qoqolun “Dəlinin qeydləri” mono- tamaşası aprelin 22-də A.N.Ostrovski adına Kineşma Dram Teatrının səhnəsində nümayiş olunub.
Festival tarixində ilk dəfə olaraq Gənc Tamaşaçılar Teatrı xarici ölkə teatrı kimi öz ana dilində səhnədə çıxış edib. Yenilik festivalın beynəlxalq münsiflər heyəti, iştirakçı teatrlar və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Ş.Hüseynov festivalın “Ən yaxşı kişi ifaçısı” nominasiyasına layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]