DÜNYA
Norveç gündəlik neft hasilatını 3 faiz artırıb
Bakı, 25 aprel, Nihad Budaqov, AZƏRTAC
Norveçin gündəlik neft hasilatı martda 3 faiz artıb.
AZƏRTAC Norveçin Neft İdarəsinə istinadla xəbər verir ki, martda bu Skandinaviya ölkəsində gündəlik neft hasilatı fevral ayı ilə müqayisədə 3 faiz artıb. Ötən ay Norveçin sutkalıq neft hasilatı 2016-cı ilin eyni ayı ilə müqayisədə isə təxminən 8 faiz artıb.
Belə ki, mart ayında Norveçin gündəlik neft hasilatı təxminən 2,14 milyon barrel neft və kondensat olub. Bu göstərici fevral ayı ilə müqayisədə sutkada 63 min barrel çoxdur.
Ölkədə qaz satışı isə fevral ilə müqayisədə mart ayında 1,1 milyard kubmetr artaraq 11,2 milyard kubmetr təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2024 [22:41]
ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur
- 17.04.2024 [22:21]
Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb
- 17.04.2024 [20:21]
Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək
- 17.04.2024 [18:33]
Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir
- 17.04.2024 [17:51]
Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb
- 17.04.2024 [17:41]
Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır
- 17.04.2024 [17:21]
BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb
- 17.04.2024 [17:12]