DÜNYA
ABŞ Hərbi Hava Qüvvələri ballistik raketi sınaqdan keçirəcək
Bakı, 26 aprel, АZƏRTAC
ABŞ Hərbi Hava Qüvvələri Mərkəzi Kaliforniya sahillərindəki Vandenberq bazasında “Minuteman III” qitələrarası ballistik raketinin sınağını keçirəcək.
AZƏRTAC “Los Anceles Times” qəzetinə istinadla xəbər verir ki, sınaq raketin effektivliyini, dəqiqliyini və hazırlığını yoxlamaq məqsədi daşıyır.
Vandenberq bazasının rəisi, polkovnik Kris Moss bildirib ki, raketin sınaqdan keçirilməsi ölkənin milli nüvə qüvvələrinin gücünü yoxlamaq və milli nüvə imkanlarımızı göstərmək üçün çox vacibdir.
ABŞ-da fəaliyyət göstərən Nüvə Dövrü Sülh Fondu qeyri-hökumət təşkilatı raketin sınaqdan keçirilməsi qərarını tənqid edərək, bunun Birləşmiş Ştatlarla Şimali Koreya arasında gərginliyi daha da artıracağını bildirib.
Xatırladaq ki, bir neçə həftə əvvəl Şimali Koreya da ballistik raketlərin sınağını keçirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]