DÜNYA
Qırğızıstanda torpaq sürüşməsi nəticəsində azı 24 nəfər ölüb
Bakı, 29 aprel, AZƏRTAC
Aprelin 29-da yerli vaxtla saat 6:40-da Qırğızıstanın Oş əyalətinin Uzgen rayonunun Ayuu kəndində 7 ev torpaq altında qalıb.
AZƏRTAC Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, torpaq sürüşməsi nəticəsində azı 24 nəfər həlak olub. Təbii fəlakətin baş verdiyi ərazidə fövqəladə hallar naziri Kubatbek Boronovun başçılığı ilə operativ qərargah yaradılıb.
Hazırda axtarış-xilasetmə əməliyyatlarına 182 xilasedici, 100 əsgər, Daxili İşlər Nazirliyinin 50 əməkdaşı və 15 tibb işçisi cəlb olunub. Həmçinin 40 ailənin potensial təhlükəli ərazilərdən təxliyə olunması üçün tədbirlər görülür. Qırğızıstan Prezidenti Almazbek Atambayevin fərmanı ilə aprelin 30-u ölkədə matəm günü elan edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]