ORDU
Ehtiyatda olan polkovnik: Ermənilər köhnəlmiş raketlərlə özlərinin pilotsuz uçuş aparatlarını vurublar
Bakı, 29 aprel, AZƏRTAC
Ermənistan ordusunun sərəncamında olan “OSA” tipli texnika çoxdan köhnəlib və raketləri də artıq istismar müddətini başa vurub.
Bunu düşmən tərəfinin “OSA” zenit raket kompleksindən istifadə etməsi, ondan buraxılan raketin heç bir hədəfə dəymədən boş əraziyə düşməsi barədə xəbəri AZƏRTAC-a şərh edən ehtiyatda olan polkovnik Kamal Hüseynov deyib.
K.Hüseynov qeyd edib ki, Ermənistan tərəfi hələ bir neçə il əvvəl bu modifikasiyadan olan raketlərin modernləşdirilməsinə cəhd göstərmişdi. Lakin sonradan özlərinin də etiraf etdiklərinə görə maliyyə problemləri ucbatından onlar bu planı həyata keçirə bilmədilər.
“Raketin birinin boş əraziyə düşməsi bir tərəfə, peşəkarlıq və bacarıq səviyyələri “həmişə yüksək olan” erməni hərbçiləri digər raketlə özlərinin pilotsuz uçuş aparatlarını da məhv ediblər”, – deyə ehtiyatda olan polkovnik bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.03.2024 [20:48]
Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir
- 18.03.2024 [13:55]
Azərbaycanın müdafiə naziri NATO-nun Baş katibi ilə görüşüb VİDEO
- 17.03.2024 [14:02]
Müdafiə Nazirliyi həftəlik videoicmalı təqdim edib VİDEO
- 17.03.2024 [10:17]
Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
- 16.03.2024 [11:39]
Hərbi qulluqçulara növbəti daimi mənzillər verilib
- 15.03.2024 [18:56]
Azərbaycan Ordusunda daşqaldırma birinciliyi keçirilib VİDEO
- 15.03.2024 [13:01]