İmişlinin Cəfərli kəndində yeni yem emalı məntəqəsi fəaliyyətə başlayıb
İmişli, 3 may, Mahir Babayev, AZƏRTAC
İmişlinin Cəfərli kəndində istifadəyə verilən yeni yem emalı məntəqəsi kənddə aqrar sektorun, o cümlədən heyvandarlığın inkişafına müsbət təsir göstərəcək.
AZƏRTAC xəbər verir ki, məntəqənin açılış mərasimində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID), İqtisadiyyat Nazirliyinin, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyənin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilib və sosial-iqtisadi inkişaf fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub. Layihədən 754 ailə faydalana biləcək.
Mərasimdə çıxış edən USAID-in layihələr şöbəsinin əməkdaşı Rayn Rassel bildirib ki, ABŞ Azərbaycanla tərəfdaşlığa sadiqdir. “Biz birgə işləyərək sabitliyə, demokratik tərəqqiyə və iqtisadi firavanlığa nail ola bilərik. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin əsas məqsədi Azərbaycan vətəndaşlarının problemlərinin həllinə kömək etməkdir”, - deyə o qeyd edib.
Yeni yem emalı məntəqəsi 4 mindən çox sakinə kənd təsərrüfatını, o cümlədən heyvandarlığı inkişaf etdirmək üçün yeni imkanlar açacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Nigeriyada 17 polis öldürülüb
- [12:42]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bakıda iki qardaş ölkənin dostluq gecəsi
- 16.05.2026 [23:30]