REGİONLAR


Sovet rejimi dövründə gizlədilmiş kitabların toplanılmasına başlanılıb VİDEO

Biləsuvar, 19 may, İlkin Adıyev, AZƏRTAC

Biləsuvar rayonunda sovet rejimi dövründə yerli sakinlər tərəfindən gizlədilərək saxlanılmış qədim kitabların toplanılmasına başlanılıb. Hazırda rayon ərazisində ərəb dilində nəşr olunmuş bu qəbildən 100-ə yaxın qədim kitab tapılıb. Sözügedən ədəbiyyatlardan bir vaxtlar dini fəaliyyətlə məşğul olan şəxslər geniş istifadə edib.

AZƏRTAC xəbər verir ki, belə kitabları qoruyanlardan biri də Bəydili kəndinin sakini Kamal Məmmədovdur. Onu sözlərinə görə, 50-dək kitabı evin divarlarına hörərək saxlayıb. Mütəxəssislər onlara baxış keçirdikdən sonra məlum olub ki, bu, şəriət qanunları, ailəşünaslıq və müqəddəs “Qurani- Kərim”in təfsiri, eləcə də digər mövzularla bağlı ədəbiyyatlardır.

Hazırda bu kitabların inventarlaşdırılaraq qorunması və Azərbaycan dilinə tərcüməsi üçün iş aparılır.

Qədim kitablara müxtəlif ərəb ölkələrinin ölməzdəki səfirliklərinin nümayəndələri də baxış keçirib və onların İslam mədəniyyəti ilə bağlı qiymətli yazılı nümunələr olduğunu bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.