İDMAN


Mahir Əmiraslanov: Vaxtında toparlanıb qalib gəlməyi bacardım

Bakı, 19 may, Həsrət Mahmudova, Samirə Allahverdiyeva, AZƏRTAC

İlk görüşdə afrikalı rəqibimə asanlıqla qalib gəldim. Ümumi komanda hesabı vacib olduğundan, növbəti oyunda türkiyəli idmançını da mütləq udmalı idim.

Bu sözləri AZƏRTAC-a müsahibəsində IV İslam Həmrəyliyi Oyunlarında 57 kiloqram çəki dərəcəsində mübarizə apararaq qızıl medal əldə edən sərbəst güləşçi Mahir Əmiraslanov söyləyib.

O deyib: “Yarışlara yüksək səviyyədə hazırlaşmışam. Bu, nəticəmdə də özünü göstərdi. Əsas hədəfim qızıl medal idi. Allaha çox şükür, çətin olsa da, buna nail oldum. Düzdür, finalda qazaxıstanlı idmançı ilə görüşdə tamaşaçılara gərgin anlar yaşatdım. Üstün olan bir anda, vəziyyət rəqibin xeyrinə dəyişdi. Az qala uduzacaqdım. Amma vaxtında toparlanıb qalib gəlməyi bacardım”.

Mahir Əmiraslanov şəxsi məşqçisi Əsgərxan Novruzovun da bu qələbədə böyük pay sahibi olduğunu bildirib.

Qeyd edək ki, Mahir Əmiraslanov gərgin idman mübarizəsi şəraitində keçən həlledici qarşılaşmada Qazaxıstan təmsilçisi Jandos İsmailova 5:4 hesabı ilə qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.