DÜNYA


Yaponiya hökuməti: imperator Akixito gedə bilər

Bakı, 19 may, AZƏRTAC

Yaponiya hökuməti imperator Akixitonun taxtından imtina edə biləcəyi barədə qanun layihəsini bəyənib. Lakin bu qanun yalnız bir dəfə işləyəcək.

AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, keçən il 83 yaşlı imperator səhhətinin və yaşının vəzifəsini tam olaraq yerinə yetirməyə imkan vermədiyini deyib. Lakin Yaponiyanın qüvvədə olan qanunvericiliyində taxtdan imtina barədə qanun olmadığından imperator öz istəyi ilə hakimiyyəti varisi şahzadə Naruxitoya verə bilməz.

Qnun layihəsi ölkə parlamentində müzakirəyə çıxarılacaq. Nazirlər Kabinetinin baş katibi Yoşixide Suqa mayın 19-da jurnalistlərə müsahibəsində qanunun parlamentdə maneəsiz qəbul olunacağına ümid etdiyini bildirib.

İmperator Akixito ürəyindən əməliyyat olunub və prostat vəzinin xərçəngindən müalicə alıb. O, 1989-cu ildə atası Xiroxitonun ölümündən sonra taxta çıxıb. Yaponiyada Akixitonu sevir və ona hörmətlə yanaşırlar.

Qanun layihəsində, həmçinin varis şahzadə Naruxitonun dərhal Xrizantem taxtına çıxacağı qeyd olunur. Lakin taxtdan imtina haqqında qanun nə Naruxitoya, nə də onun xələfinə şamil edilməyəcək.

Hökumət taxtdan imtina vaxtını da müəyyən edib. Bunun 2018-ci il dekabrın 18-də baş tutacağı gözlənilir.

Xatırladaq ki, Yaponiya imperatoru sonuncu dəfə 200 il əvvəl - 1817-ci ildə taxtdan imtina etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.