İDMAN


Azərbaycanın kişi voleybolçuları İslamiadanın yarımfinalına yüksəlib

Bakı, 19 may, AZƏRTAC

Mayın 19-da IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında voleybol yarışının qrup mərhələsinə yekun vurulub. Yarışın yarımfinalına “A” qrupunda Azərbaycan və Türkiyə, “B” qrupunda isə İran və Əlcəzair milli komandaları vəsiqə qazanıblar.

AZƏRTAC xəbər verir ki, qrup mərhələsinin sonuncu turunda “A” qrupunda yer alan Türkiyə və Fələstin yığmaları qarşılaşıblar. Türkiyə millisi hər üç setdə böyük fərqlə qələbə qazanıb - 25:15, 25:8, 22:6. Fələstin yığması sonuncu set başa çatmamış qarşılaşmanı davam etdirmək istəməyib. Beləliklə, Türkiyə voleybolçuları oyunda 3:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqəni təmin ediblər.

Bu qrupun digər oyununda Türkmənistan və Pakistan yığmaları mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən matçda Pakistan voleybolçuları oyunu öz xeyrinə başa vurublar - 3:1. İlk iki seti (25:22, 25:22) aktivinə yazdıran pakistanlı voleybolçular üçüncü setdə 24:26 hesabı ilə məğlub olublar. Lakin Pakistan millisi dördüncü setdə gözəl oyun nümayiş etdirərək 25:21 hesabı ilə qələbə qazanıb. Lakin bu qələbə pakistanlı voleybolçulara qrupdan çıxmaq üçün kifayət etməyib.

“B” qrupunda isə Mərakeş millisi Qətər yığmasına 3:1 (25:18, 25:22, 21:25, 25:18) hesabı ilə qalib gəlsə də qrupdan çıxa bilməyib.

Günün sonuncu oyununda Əlcəzair və Səudiyyə Ərəbistanı komandaları üz-üzə gəliblər. Oyunda 3:1 (25:20, 25:16, 20:25, 25:18) hesabı ilə qələbə qazanan Əlcəzair millisi adını yarımfinala yazdırıb. Bu qrupdan yarımfinala yüksələn digər komanda İran millisi olub.

Mayın 20-də keçiriləcək yarımfinal mərhələsində finala vəsiqə uğrunda Azərbaycan-Əlcəzair və Türkiyə-İran görüşləri keçiriləcək.

Kişilər arasında voleybol yarışına mayın 21-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.