İDMAN


Azərbaycanın kişi basketbolçuları keçirdiyi iki görüşdə qalib gəliblər

Bakı, 19 may, A.Sadıq, S.Məmmədova, AZƏRTAC

Mayın 19-da IV İslam Həmrəyliyi Oyunlarının basketbol 3x3 yarışlarının ikinci günündə fasilədən sonra daha on qarşılaşma oynanılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın kişi basketbolçuları ilk görüşdə Səudiyyə Ərəbistanına 21:10, ikinci oyunda isə Pakistan millisinə 22:13 hesabı ilə qalib gəliblər. Yarışların ikinci günündə Türkiyə yığmasına qalib gələn (21:13) Türkmənistan növbəti oyunda Pakistanı məğlub edib - 19:12. Türkiyəli basketbolçular isə ikinci görüşdə Səudiyyə Ərəbistanını 21:11 hesabı ilə məğlubiyyətə uğradıblar.

Qadınların yarışında isə Türkiyə yığması keçirdiyi hər iki oyunu böyük hesablı qələbə ilə başa vurub. Türkiyə idmançıları ilk görüşdə Fələstinə (21:4), ikinci oyunda isə Pakistana (21:2) qalib gəliblər. Suriyalı qadın basketbolçular da gün ərzində iki qələbə qazanıblar. Onlar əvvəlcə pakistanlı rəqiblərini (21:5), daha sonra indoneziyalı atletləri (14:12) məğlub ediblər. İndoneziya yığması isə ikinci görüşdə Fələstin millisini məğlub etməyi bacarıb – 18:3.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.