SİYASƏT


Praqa Karl Universitetində “Azərbaycan tarixinin müasir dövrü” mövzusunda mühazirə oxunub

Praqa, 19 may, AZƏRTAC

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev bu ölkənin əsas ali təhsil müəssisəsi olan Praqa Karl Universitetində “Azərbaycan tarixinin müasir dövrü” mövzusunda mühazirə oxuyub. Mühazirə Çexiyadakı Azərbaycan Tələbə Şəbəkəsinin təşkilatçılığı ilə Karl Universitetinin fəlsəfə fakültəsində keçirilən Azərbaycan tarixi kursları çərçivəsində təşkil edilib.

Səfir Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdə üzləşdiyi çətinliklər, keçdiyi inkişaf yolu, ölkəmizin müasir tarixi haqqında danışıb. O, parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycanın ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi nəticəsində təhlükədən qurtulduğunu və müstəqil dövlət quruculuğu yoluna qədəm qoyduğunu qeyd edib, Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə Azərbaycanın öz uğurlu inkişaf yolunu müvəffəqiyyətlə davam etdirdiyini diqqətə çatdırıb.

Fərid Şəfiyev, həmçinin Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti və onun nəticələri haqqında məlumat verib. Tələbələrə ölkəmizin həyata keçirdiyi enerji və infrastruktur layihələri haqqında məlumat verilib və Azərbaycanın regionda iqtisadi göstəricilərinə əsasən liderə çevrildiyi vurğulanıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.