İDMAN
İslamiada: Tennis üzrə fərdi yarışlarda səkkizdəbir final mərhələsinə yekun vurulub
Bakı, 19 may, Elvin Camalov, AZƏRTAC
İslamiadanın tennis yarışlarının səkkizinci günündə - mayın 19-da kişilər və qadınlar arasında fərdi mübarizənin səkkizdəbir final mərhələsinə yekun vurulub. Həmçinin cütlüklərin yarışlarında yarımfinalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan yarışlarda həm kişi, həm də qadın cütlüklərin mübarizəsində təmsil olunub. Qadınların yarışında çıxış edən Amina Dik-Umayra Həşimova dueti Ayla Aksu-Berfu Cengiz cütlüyünə məğlub olaraq (1:6, 0:6) mübarizəni dayandırıb.
Kişi cütlüklərin yarışında isə Rəsul Qocayev-Filip Nikolic (Azərbaycan) cütlüyü Amine Ahuda-Ayoub Çakrouni (Mərakeş) duetinə (4:6, 3:6) uduzaraq yarımfinala çıxmaq şansını itirib.
Mayın 20-də fərdi yarışlarda dörddəbir, cütlüklərin mübarizəsində isə yarımfinal görüşləri keçiriləcək.
Tennis yarışlarına mayın 22-də yekun vurulacaq.