MƏDƏNİYYƏT
Musiqili Teatrda bu həftəsonu 5 tamaşa
Bakı, 23 may, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 26-sı, 27-si və 28-də “Qafqazlı qardaşqızı”, “Qızıl cücə”, “Toya bir gün qalmış”, “Qırmızı papaq”, “Amerikalı kürəkən” tamaşaları təqdim ediləcək. Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorların ifalarını izləyə biləcəklər.
Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, mayın 26-da “Qafqazlı qardaşqızı” tamaşası böyüklər, mayın 27-də “Qızıl cücə” nağıl-tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Həmçinin “Qırmızı papaq” əsəri mayın 28-də Azərbaycan dilində balaca tamaşaçılara təqdim ediləcək.
Qeyd edək ki, uşaqlar üçün olan tamaşalar saat 12:00-da, böyüklər üçün isə 19:00-da başlanır.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.