Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qaçqınlıq və məcburi köçkünlük faciəsinin yeganə həll yolu bu insanların öz yurdlarına qaytarılmasıdır

Qaçqınlıq və məcburi köçkünlük faciəsinin yeganə həll yolu bu insanların öz yurdlarına qaytarılmasıdır

Paris, 23 may, AZƏRTAC

Dünyada və Avropada qaçqın və məcburi köçkünlərin sayının durmadan artması Avropa Şurası Parlament Assambleyasını (AŞPA) bu problemi daim diqqətdə saxlamağa sövq edir.

Qurumun mədəniyyət, elm, təhsil və media komitəsinin mayın 23-də Parisdə keçirilən toplantısında əsas məruzələrdən və dinləmələrdən biri bu məsələyə həsr edilib. Fransalı deputat Pyer Lö Bornun “Böhranlı təzyiqlər dövründə qaçqınların inteqrasiyası: son nümunələr və yaxşı təcrübənin örnəkləri” məruzəsi və almaniyalı ekspert, Köln şəhəri merinin müavini Andreas Volterin çıxışından sonra müzakirələr keçirilib.

Fikir mübadilələrində Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxış edərək bu faciənin dünyada və Avropada durmadan daha geniş miqyaslar almasından narahatlığı ifadə edib. O deyib: “Hər dəfə qaçqınlardan, məcburi köçkünlərdən söz açmaq miqyasları böyük olan humanitar faciədən bəhs etmək deməkdir. Həm siyasi, həm fiziki cəhətdən dəyişən yeni dünyada son on illər içərisində qlobal fəlakətlər tez-tez baş verir. Haradasa sunami, haradasa zəlzələ, haradasa daşqınlar, haradasa yanğınlar olur və dünya dərhal onlara kömək etmək üçün tələsir. Çadırlar göndərir, geyim, yemək, dərman yollayır. Onlara kömək etməyi hər ölkə, hər xalq bir insanlıq borcu hesab edir. Lakin qaçqın həyatı həmin müxtəlif faciə və fəlakətlərin hamısını eyni anda yaşamağa bərabərdir. Ona görə də qaçqınlara bu cür sadə üsullarla yardım göstərməklə, hansısa maddi problemlərini həll etməklə onların yarasını sağaltmaq mümkün deyil. Qaçqına çarə onu öz yurduna, öz doğma ev-eşiyinə qaytarmaqdır”.

Avropa Şurasına üzv olan 47 ölkə arasında bu problemin ən çox Azərbaycana zərbələr vurduğunu bildirən Rafael Hüseynov ölkəmizin təxminən 30 ildir bu fəlakətin bütün ağrılarını hər gün yaşadığını diqqətə çatdıraraq bildirib: “Ölkəmizdə bir milyon qaçqın və məcburi köçkün var və Azərbaycan əhalisinin ümumi sayı da 10 milyona yaxındır. Demək, ölkədə hər 10 nəfərdən biri qaçqındır. Ermənistan və ona havadarlıq edən qüvvələr 1980-ci illərin sonlarında tarixən Azərbaycana məxsus olmuş, sovet hakimiyyəti dövründəki inzibati bölgüdə Ermənistanın ərazisinə daxil edilmiş həmin torpaqlarda kompakt yaşayan 300 mindən artıq azərbaycanlını sərt qış günlərində qovaraq ölkədən çıxarıb. Minlərlə insan dağlarda soyuqdan donaraq ölüb. Dünya bu fəlakətə vaxtında sərt reaksiya vermədi və nəticədə tədricən həmin faciəyə düçar olan azərbaycanlıların sayı 1 milyona çatdı. Amma indi görün dünyada neçə milyonlarla qaçqın var. Əgər belələri varsa, deməli, günahkar bizik, qaçqın olmayan insanlardır. Bizim kimi normal həyat yaşamaq haqqı olan insanların belə vəziyyətə düşməsinə imkan vermişik və buna dözməkdə davam edirik. Qaçqınlıq faciəsinin mahiyyətini duymaq, anlamaq üçün sadəcə bir anlığa özümüzü onların yerinə qoymağı bacarmalıyıq”.

Deputat qeyd edib ki, bugünkü müzakirələrin, yeni məruzənin əhəmiyyətini anlayır və özü də indiyədək qaçqın və məcburi köçkünlərin problemləri ilə əlaqədar bir neçə məruzə və tövsiyə üçün qətnamələr hazırlayıb. Lakin danışıqlar, müzakirələr, məruzələr, fikir mübadilələri konkret nəticəyə gətirib çıxarmırsa, onların mənası da azalır. Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli quru sözlərdən yox, konkret hərəkətlərdən keçir.

“On yeddi il əvvəl Azərbaycan Avropa Şurasına üzv qəbul edilərkən elə həmin vaxt bu quruma qəbul edilən ölkənin təcavüzü və apardığı etnik təmizləmə siyasəti nəticəsində yaranmış 1 milyon qaçqını və məcburi köçkünü vardı. Ötən 17 ildə onların problemi nəinki həll olunmayıb, əksinə, sayları bir az da artıb. Müdhiş qaçqınlıq dərdinə tab gətirməyənlərin bir hissəsi vəfat etsə də, ən çətin şəraitdə belə davam edən həyat qaçqın ailələrində yeni-yeni övladları dünyaya gətirib. Məhz həmin kədərli statistika imkan verməyib ki, Azərbaycanın 1 milyon qaçqın və köçkününün sayı azalsın. Növbəti dəfə qaçqınlar mövzusunu müzakirəyə çıxarmağımız və bu haqda yeni məruzənin hazırlanması müəyyən mənada təsəllidir. Ən azı, belə məruzələr Parlament Assambleyasının üzərindən biganəlik məsuliyyətini götürür. Lakin hər günü bir əsrə bərabər olan qaçqınlıq həyatını yaşamağa məcbur olan insanlardan ötrü azdır. Onlar nəticə umur, doğma evlərinə, yurdlarına qayıtmaq istəyirlər və əmindirlər ki, dünyanın 47 parlamentini, 800 milyondan çox insanını birləşdirən Avropa Şurası bu problemi həll edə bilər. Nə qədər gec deyil qaçqınları, məcburi köçkünləri və özümüzü xilas etmək üçün ümumi sözlərdən əl çəkərək əməli addımlar atmalıyıq”, - deyə R. Hüseynov qeyd edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

Növbəti köç karvanı Füzuliyə çatıb

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb