Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət tərəfindən sahibkarlara güclü iqtisadi, maliyyə, siyasi, mənəvi və böyük metodiki dəstək göstərilir

Dövlət tərəfindən sahibkarlara güclü iqtisadi, maliyyə, siyasi, mənəvi və böyük metodiki dəstək göstərilir

Bakı, 24 may, Sevda Cəfərova, AZƏRTAC

Qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən Birinci Respublika müşavirəsinin yekunları, müəyyən olunan başlıca vəzifələr, verilən tapşırıqlar, qəbul olunan qərarlar - Strateji Yol Xəritəsinin əməli cəhətdən reallaşdırılmasında mühüm mərhələdir.

Bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor, ekspert Məhiş Əhmədov AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.

Qeyd etmək lazımdır ki, son vaxtlar bu istiqamətdə ölkə başçısının bilavasitə rəhbərliyi və təşəbbüsü ilə böyük işlər görülür, tədbirlər həyata keçirilir, proqramlar qəbul olunur, iqtisadi inkişafı stimullaşdırmaq, biznes mühitini yaxşılaşdırmaq məqsədilə sahibkarlıq fəaliyyətinin normativ-hüquqi və qanunvericilik bazası təkmilləşdirilir.

Məlumdur ki, 2025-ci ilədək Azərbaycanda hər nəfərə düşən qeyri-neft ixracatını 3 dəfə artıraraq, onu 450 ABŞ dollarına çatdırmaq mühüm bir vəzifə kimi qarşıya qoyulub. Ölkə Prezidenti müşavirədə xüsusi vurğuladı ki, biz qeyri-neft ixracatını artırmaq vəzifəsini yaxın gələcək üçün strateji bir məqsəd kimi qarşıya qoyarkən ölkəmizdə bu zaman ərzaq təhlükəsizliyinin təmin edilməsini onun istisna oluna bilməyən şərti kimi irəli sürmüşük. Başqa sözlə, bu sahədə dövlət siyasətinin əsas məqsədi bu məhsullara daxili tələbatı hər şeydən əvvəl daxili istehsal hesabına ödəməklə, ixrac potensialını artırmaqdan ibarətdir. Bu məqsədlə Azərbaycanda ciddi islahatlar aparılır, regionların sosial-iqtisadi inkişafının 3 dövlət proqramı qəbul edilmiş, sahibkarlara dövlət tərəfindən böyük maliyyə, hüquqi, metodik, mənəvi dəstək göstərilib.

Bildirilib ki, son illərdə ancaq Sahibkarlara Kömək Milli Fondunun xətti ilə sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib, fermerlər torpaq vergisindən başqa bütün vergilərdən azad olunub. Təhlil göstərir ki, ölkəmizdə qeyri-neft sektorunun məhsulları və onların ixracının artırılmasında regionların sosial-iqtisadi inkişafına dair uğurla reallaşdırılan dövlət proqramlarının rolu müstəsnadır.

Son illərdə bütün maliyyə mənbələri hesabına 51 logistik mərkəz, 23 taxıl anbarı, 16 meyvə-tərəvəz emalı, 23 müasir heyvandarlıq, 56 istixana, 23 bağçılıq, 10 süd emalı və digər qeyri-neft istiqaməti üzrə müəssisələr yaradılıb.

Görülən bu işlərin nəticəsində Azərbaycan iqtisadiyyatının potensialı şaxələnmiş, Ümumi Daxili Məhsulda neft sektorunun payı 65 faizə çatmışdır. O da bir həqiqətdir ki, bu gün təbii olaraq Azərbaycanın ixracında neft sektoru böyük xüsusi çəkiyə malikdir. Biz qeyri-neft ixracını yaxın illərdə kəskin artırmaq üçün investisiyaların və ixracın təşviqi sisteminə dair ən qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və ölkəmizin mövcud iqtisadi-siyasi reallıqları və imkanları nəzərə alınaraq onları fəal tətbiq etməyə başlamışıq.

Qeyd etmək kifayətdir ki, qısa bir müddət ərzində investisiyaların təşviqi üzrə 130 sənəd verilib və bu proqram çərçivəsində dövlət tərəfindən sahibkarlar ölkə iqtisadiyyatına 1 milyard 250 milyon manat sərmayə qoyublar. Ölkəmizdə qeyri-neft ixracının genişləndirilməsi, rəqabət qabiliyyətliliyinin təmin edilməsi üçün “İxrac təşviqinin ödənilməsi qaydası”, “İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı” və digər mühüm sənədlər qəbul edilib.

Qeyri-neft məhsulları ixrac edən sahibkarların ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3 faizdən 6 faizədək hissəsi büdcə vəsaitləri hesabına ödəniləcək. Bunlarla yanaşı ixracı stimullaşdırmaq və bu sahədə inzibati prosedurların sadələşdirilməsi, şəffaflığın artırılması sahəsində ciddi işlər görülür, nəticədə ekspertiza xidmətləri tarifləri orta hesabla 30 faiz, mənşə sertifikatının verilmə müddəti isə 3 dəfə aşağı salınıb.

Müşavirədə ölkəmizin qeyri-neft ixracını artırmaq üçün istehsal olunan məhsullar hökmən beynəlxalq standartlara cavab verməsi zərurəti istiqamətində görülməsi vacib olan işlər və tədbirlər xüsusi qeyd olunub. Aydındır ki, qeyri-neft ixracının artırılması ənənəvi bazarlarla yanaşı yeni bazarlara çıxmaqla tələbatı artırmaq mümkündür. Çünki, bu məhsullara tələbatın miqyasının artırılması təbii olaraq müvafiq məhsullara da təklifin də artmasını stimullaşdıracaq. Bu məqsədlə ixracyönümlü məhsullar haqqında “Azeksport” portalının yaradılması və fəaliyyətinin genişləndirilməsi, habelə bu istiqamətdə reklam işlərinin gücləndirilməsi zərurəti müşavirədə xüsusi vurğulanıb.

Göründüyü kimi, bu gün dövlət tərəfindən sahibkarlara güclü iqtisadi, maliyyə, siyasi, mənəvi və böyük metodiki dəstək göstərilir. Ölkə Prezidenti müşavirədə bu fikri xüsusi vurğuladı ki, “Biz yeni inkişaf modelinə keçməklə bundan sonra iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik”.

Müşavirədə ölkə Prezidenti xüsusi qeyd edib ki, yaxın gələcəkdə Azərbaycanda qeyri-neft ixracının artırılmasının mühüm istiqaməti turizmin inkişafı ilə bağlıdır. Çünki, “biz turizmə də ixrac məhsulu kimi baxırıq”. Davos Ümumdünya iqtisadi forumunun hesablamalarına görə dünya miqyasında turizmin ən sürətli inkişaf etdiyi yer də Azərbaycandır. Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin edilməsi üçün 2004-cü ildən indiyə kimi ölkəmizdə böyük infrastruktur layihələri həyata keçirilib ki, onlar həm də güclü sosial xarakter daşıyır. Belə ki, qeyri-neft sektorunu üstün inkişaf etdirməkdə də məqsəd son nəticədə əhalinin sosial tələbatlarını daha yaxşı ödəməkdən ibarətdir.

Əlbəttə, ölkəmizdə qeyri-neft ixracının artırılması ilə bağlı müşavirədə qarşıya qoyulan bütün vəzifələrin uğurla həyata keçirilməsi ölkəmizdə bu sahədə səmərəli çalışa bilən, beynəlxalq standartlara cavab verən yüksək ixtisaslı kadrların hazırlanmasını tələb edir. Bu baxımdan qeyri-neft ixracının təşviqi, təbliği, kadr hazırlığı, sahibkarlıq fəaliyyətinin metodiki təminatının yaxşılaşdırılmasında UNEC-in professor-müəllim heyətinin üzərinə böyük məsuliyyət düşür. Qeyd olunanları nəzərə alaraq universitetin rəhbərliyi tərəfindən bu məqsədlə xüsusi işçi qrupu yaradılıb və kompleks tədbirlər planı işlənib hazırlanıb.

Prezident İlham Əliyev tərəfindən qeyri-neft ixracının təşviqi istiqamətində imzalanmış fərmanlardan, sərəncamlardan, müşavirənin yekunlarından irəli gələn vəzifələrin, tapşırıqların vaxtında, keyfiyyətlə və tam miqyasda həyata keçiriləcəyinə heç bir şübhə yoxdur. Qeyd olunanlara son illərdə ölkəmizdə yaradılmış iqtisadi, sosial, maliyyə, elmi-texniki, kadr potensialı, institusional, normativ-hüquqi baza ölkə Prezidentinin iradəsi, təşkilatçılıq təcrübəsi, kreativ düşüncə qabiliyyəti, habelə ölkəmizdə uğurla reallaşdırılan iqtisadi siyasət tam zəmanət verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR