REGİONLAR
Füzulidə Bayraq Muzeyinin inşasına başlanılıb
Füzuli, 29 may, AZƏRTAC
Horadiz şəhərində Bayraq Meydanının ərazisində Bayraq Muzeyinin inşasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, ümumi sahəsi 300 kvadratmetrə yaxın olacaq Bayraq Muzeyinin bir mərtəbəli binası səkkizguşəli ulduz formasında inşa ediləcək.
Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, həmçinin Silahlı Qüvvələrin qoşun növlərinin bayraqları, gerblər, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzlərinin qorunub saxlanılması nəzərdə tutulur.
Bayraq Muzeyi Azərbaycan tarixinin təbliğində mühüm rol oynamaqla yanaşı, gənc nəslin dünyagörüşünün artırılmasına, rayon sakinlərində və rayona gələn qonaqlarda şanlı tariximiz haqqında geniş təsəvvür yaratmağa imkan verəcək.