SİYASƏT
Səfirimiz Braziliya Senatının radiosunda Azərbaycanın uğurlarından danışıb
Bakı, 30 may, AZƏRTAC
Azərbaycan Respublikasının Braziliyadakı səfiri Elxan Poluxov Braziliya Senatının radiosu olan “Radio Senado”da “Parlamentos do Mundo” proqramında Azərbaycana həsr edilmiş verilişdə müsahibə verib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, səfir Elxan Poluxov müsahibəsində Azərbaycanın tarixi, mədəniyyəti, həyata keçirilən regional layihələr, Azərbaycan Respublikasının Milli Məclisi və ölkənin qanunverilcilik sistemi, son illər ərzində əldə edilmiş uğurlar və xüsusilə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı danışıb.
Qeyd edək ki, bütün Braziliyada yayımlanan “Radio Senado”nun tabeliyində 10 və əməkdaşlıq etdiyi 7 radiostansiya mövcuddur.
Veriliş haqqında ətraflı məlumatı bu linkdən əldə etmək mümkündür.