Abşeron rayonunda yolların kənarları tullantılardan təmizlənir
Xırdalan, 10 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda ekologiyanın və ətraf mühitin mühafizəsi məqsədilə ənənəvi olaraq təmizlik və abadlıq aksiyaları keçirilir. Rayon icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə reallaşan növbəti aksiyada Novxanı və Mehdiabad ərazisində genişmiqyaslı təmizlik işləri aparılıb.
AZƏRTAC xəbər verir ki, aksiyada rayon Təmir-Abadlıq İdarəsi və bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ümumilikdə, 500 nəfər iştirak edib.
Aksiya çərçivəsində yol kənarı ərazilər məişət və polietilen tullantılardan təmizlənib, ağac və gül kollarına qulluq olunub.