REGİONLAR


Tərtər: arpa sahələrində məhsuldarlıq yüksəlib

Tərtər, 19 iyun, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib.

Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-a bildirib ki, bu günədək 1050 hektar sahədə arpa biçilib, 3286,4 ton məhsul tədarük edilib. Hər hektardan orta məhsuldarlıq 31,3 sentner olub ki, bu da 2016-cı ilə nisbətən 4,1 sentner çoxdur.

Hazırda rayonda arpa biçini sürətlə davam edir. Yaxın günlərdə buğda biçininə də başlanılacaq.

Qeyd edək ki, cari ilin məhsulu üçün Tərtərdə 9506,6 hektar sahədə taxıl becərilib. Bunun 6908,9 hektarı buğda, 2597,7 hektarı arpa zəmiləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.