MƏDƏNİYYƏT


Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən Milli Arxiv İdarəsinə 200-dən çox fotosənət təhvil verilib

Bakı, 19 iyun, AZƏRTAC

Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən daimi saxlanılmaq məqsədilə 269 fotosənəd Dövlət Kino – Foto Sənədləri Arxivinə təhvil verilib.

Bu barədə AZƏRTAC-a Milli Arxiv İdarəsinin informasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov deyib.

Onun sözlərinə görə, müstəqillik tariximiz üçün əhəmiyyətli olan fotosənədlər Mingəçevir şəhərində son illər aparılmış quruculuq və abadlıq işlərini, şəhərin təhsil, mədəniyyət, sosial – iqtisadi, idman həyatını, əhalinin məşğulluğunu, seçilmiş insanların fəaliyyətini, dövlət başçısı tərəfindən Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimini, Sahil parkını, yeni istifadəyə verilmiş inzibati və yaşayış binalarını, məcburi köçkünlər üçün istifadəyə verilmiş qəsəbəni, şəhərin prospekt və küçələrini, istehsal müəssisələrini, Kür – Olimpiya Tədris – İdman Mərkəzini, yeni tikilmiş məktəb və xəstəxanaları, otelləri, bayraq meydanını, çimərlikləri, şahmat məktəbini əks etdirir.

Hazırda arxivdə qəbul edilmiş fotosənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənəd haqqında məlumat bazası hazırlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.