DÜNYA
“Facebook” istifadəçilərinə qarşı yeni fişinq hücumu aşkar edilib
Bakı, 19 iyun, AZƏRTAC
“PhishLabs” şirkətinin mütəxəssisləri yalnız mobil qurğu sahiblərinə hədəflənmiş yeni fişinq kampaniyası haqda məlumat veriblər. Hücum, əsasən “Facebook” istifadəçilərinə, həmçinin “Apple iCloud”, “Comcast”, “Craigslist” və “OfferUp” xidmətlərinə hədəflənib.
AZƏRTAC “securitylab.ru” saytına istinadən xəbər verir ki, yeni metod ona əsaslanır ki, mobil brauzerlər ünvan sətrində linki tam göstərmirlər. Hakerlər bundan istifadə edərək URL ünvana defis və altdomenlər əlavə edirlər ki, mobil qurğuda link həqiqi kimi görünsün.
Ekspertlərin sözlərinə görə, bu hücum istifadəçilərin diqqətsizliyi halında həyata keçirilir. “PhishLabs” şirkətinin mütəxəssisi Kreyn Hessold izah edib ki, linklər əsasən SMS mesajlar vasitəsilə göndərilir. Bəzi mobil brauzer və messencerlər linkə tam baxmağa imkan verdiyi halda əksər SMS proqramlarında bu funksiya yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [21:15]
Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]