DÜNYA


Dünyanın ən güclü superkompüterlərinin reytinqi dərc olunub

Bakı, 19 iyun, AZƏRTAC

“TOP500” təşkilatı dünyanın ən güclü superkompüterlərinin ənənəvi reytinqinin növbəti versiyasını dərc edib.

AZƏRTAC “CHIP” resursuna istinadən xəbər verir ki, il ərzində hesablama sistemlərinin ümumi məhsuldarlığı 11 faiz - 672 petaflopsdan 749 petaflopsadək (saniyədə 1015 hesablama) artıb. Birinci yeri rəqiblərdən böyük fərqlə 93 petaflops göstərici ilə Çinin “Sunway TaihuLight” superkompüteri tutub.

İkinci yerdə Çinin daha bir kompüteri - son 3 ildə reytinqə başçılıq edən “Tianhe-2” (göstərici 33,9 petaflops) qərarlaşıb. Üçüncü pillədə İsveçrənin “Piz Daint” (Cray XC50) superkompüteri (nəticə 19,6 petaflops) yer alıb.

Həmçinin ilk beşliyə iki ABŞ kompüteri - 17,6 petaflops göstərici ilə “Titan” (Cray XK7) və 17,2 petaflops nəticəyə malik “Sequoia” (IBM BlueGene/Q) daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.