ELM VƏ TƏHSİL


Muzey və kitabxanalarda saxlanılan milli dəyərlərin tədqiqi və bərpasına dair elmi konfrans təşkil olunacaq

Bakı, 19 iyun, AZƏRTAC

İyunun 20-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Muzey, arxiv və kitabxanalarda mühafizə edilən milli dəyərlərin tədqiqi, təbliği, qorunması və bərpası” mövzusunda birinci respublika elmi konfransı keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, konfransda müvafiq qurumların nümayəndələri, alim və mütəxəssislər iştirak edəcəklər. Tədbirdə muzeylərdə fond və ekspozisiya işində milli dəyərlərin yeri, arxiv və kitabxana işinin təşkili, eləcə də arxiv və kitabxana fondlarında milli dəyərlərin mühafizəsi və qorunması və digər mövzular üzrə məlumatlar veriləcək, müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.