MƏDƏNİYYƏT


Qarabağ mövzusunda çəkilmiş filmin təqdimatı keçiriləcək

Bakı, 19 iyun, AZƏRTAC

İyunun 30-da Nizami Kino Mərkəzində “Üçüncü günün adamı” bədii filminin təqdimatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, film Qarabağ mövzusundadır. Uzun müddətli cəzaya məhkum edilmiş filmin qəhrəmanı azadlığa çıxdıqda yaxınlarını dünyadan köçmüş, doğma rayonunun isə işğal edildiyini görür. Təsadüf nəticəsində tanış olduğu həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedib çıxan qəhrəman, nəhayət öz arzusuna çatır – ata-anasının qəbirlərini ziyarət edə bilir...

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə ekranlaşdırılmış filmin quruluşçu rejissoru Babək Şirinsifət, ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Həbibov, Vidadi Əliyev, Mehriban Zəki və başqaları çəkiliblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.