DÜNYA


Banqkokda kosmik liftin təqdimatı keçirilib

Tokio, 19 iyun, AZƏRTAC 

Yaponiyalı tələbələrdən ibarət qrup Yeri kosmosla əlaqələndirən kosmik liftlər üçün texnologiyaların təqdimatı ilə çıxış edib.

NHK telekanalının yaydığı məlumata görə, Kanaqava Universitetindən olan həmin tələbələr iyunun 19-da Banqkokda keçirilən sərgi zamanı hazırladıqları robotu nümayiş etdiriblər. Cənub-Şərqi Asiyada ilk dəfə keçirilən bu tədbir Tailand ali məktəblərinin əməkdaşlarının və biznesmenlərin diqqətini cəlb edib.

Tələbələr tərəfindən hazırlanmış robot yüz metr hündürlüyündə binadan asılı vəziyyətdə kabel vasitəsilə yuxarı qalxıb və sonra aşağı enib.

Yaponiya Kosmik Liftlər Assosiasiyasının rəhbəri Şuiçi Ono deyib ki, kosmik liftlər tezliklə XXI əsrin reallığına çevriləcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.