İDMAN


Azərbaycan idmançısı K-1 üzrə dünya Qran-Prisinin çempionu olub

Bakı, 19 iyun, AZƏRTAC

Yaponiyanın Saytama şəhərində keçirilən “K-1 World Grand Prix-2017” turnirində çıxış edən Azərbaycan kikboksçusu Çingiz Allazov ardıcıl üç qələbə qazanaraq çempion olub.

AZƏRTAC xəbər verir ki, kikboksçumuz dörddəbir finalda yaponiyalı K-1 ustası Xiroki Nakadjimaya ikinci raundda nokautla qalib gəlib. Yarımfinal döyüşündə isə idmançımız “Mike’s Gym” klubunu təmsil edən Yordan Pikeri üçüncü dəqiqədə nokautla məğlub edib.

Ç.Allazov final döyüşündə turnirin favoritlərindən hesab edilən Yaponiya təmsilçisi Sanni Daxlbeki üzərində qələbə qazanıb və yarışın ən yaxşı döyüşçüsünə verilən kəmərə sahib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.