ELM VƏ TƏHSİL
Avropa Şurasının ekspertləri Bakıda ibtidai sinif müəllimlərinə seminar keçiblər
Bakı, 19 iyun, AZƏRTAC
Bakıda ibtidai sinif müəllimləri üçün “İbtidai siniflərdə demokratik vətəndaşlıq və insan hüquqlarının tədrisi metodikası” mövzusunda seminar təşkil edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbir Təhsil İşçilərinin Pedaqoji İnkişaf İnstitutunun təşkilatçılığı ilə Avropa Birliyi və Avropa Şurasının birgə layihəsi çərçivəsində reallaşıb.
Seminarın keçirilməsinin məqsədi ibtidai sinif müəllimlərini Uşaq Hüquqları Konvensiyası haqqında ətraflı məlumatlandırmaq və onların bu barədə şagirdləri maarifləndirməsinə kömək etməkdir. Tədbirin moderatorları Avropa Şurasının ekspertləri Olena Stislavska və Majena Rafalska olublar.
Seminarlara qatılan müəllimlərə sertifikatların verilməsi nəzərdə tutulub.