ELM VƏ TƏHSİL
Muzeydə “İncəsənətə dair söhbətlər” aparılıb
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “O.Şmerlinq və İ.Rotterin “Molla Nəsrəddin” jurnalındakı yaradıcılığı” mövzusunda seminar olub.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədbir Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi ilə birgə “İncəsənətə dair söhbətlər” layihəsi çərçivəsində keçirilib.
Seminarda muzeyin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fuad Ağayevin mövzu ilə bağlı məruzəsi dinlənilib. Məruzəçi XX əsrin əvvəllərində rəssamlar O.Şmerlinq və İ.Rotterin yaradıcılığında dini mövhumat və xurafat, çarizmin milli siyasəti, iqtisadi gerilik və digər sosial qüsurların tənqidinin mühüm yer tutduğunu bildirib. Eyni zamanda, həmin rəssamların Azərbaycanda karikatura sənətinin inkişafına mühüm töhfələr verdikləri vurğulanıb.
Sonra geniş müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]