DÜNYA
Avstraliya Filippinin cənubundakı yaraqlılara qarşı mübarizədə bu ölkəyə yardım edəcək
Tokio, 24 iyun, AZƏRTAC
Avstraliya hökuməti Filippinin cənubundakı yaraqlılarla mübarizəyə yardım etmək üçün bu ölkəyə iki ədəd AP-3C Orion kəşfiyyat təyyarəsi ayıracaq.
AZƏRTAC xəbər verir ki, Avstraliyanın müdafiə naziri Mariz Peyn Filippin hökumətinin rəsmi Kamberranın bu təklifə razılıq verdiyini bildirib.
M.Peyn deyib ki, terrorçular, xüsusən də İŞİD yaraqlıları tərəfindən regional təhlükə Avstraliyanın maraqlarına birbaşa təhdiddir.
Filippinin müdafiə naziri Delfin Lorenzana isə bəyan edib ki, ölkə prezidenti Rodriqo Duterte Avstraliyanın texniki yardımını qəbul etməyə razılıq verib. Nazir əlavə edib ki, AP-3C Orion təyyarələrinin iştirakı ilə kampaniya iki ölkənin hərbçiləri arasında məsələnin detalları razılaşdırılan kimi başlayacaq.
D.Lorenzana əlavə edib ki, Filippin AP-3C Orion təyyarələrinin köməyi ilə günün istənilən saatında regiona nəzarət etmək imkanı əldə edəcək. Bu isə hərbi əməliyyatların səmərəliliyini artıracaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio